"Cənnət gülü"- Fərid Muradzadədən lirik şeir

10-05-2020 15:27

"Sən çiçək ol...
Amma solma,
Mən ölüncə qoxulayım
Ləçəyinin qoxusunu
Cənnət gülü..."

Dalidag.az Fərid Muradzadənin yeni şeirini təqdim edir:
***
Sən dəniz ol...
mən sahilin
Ay ulduzlu, qar boranlı gecələrdə
Asta-asta, çılğın-çılğın, dəli-dəli 
Ləpələri vur sinəmə
Sənin həzin ləpələrin  
Şirin-şirin, nəğmə desin ürəyimə...
Sən yağış ol...
Göy üzündən narın-narın damlaların  
Qoy qarışsın göz yaşıma,
Qoy islatsın yanağımı,  
Hərarətdən tir-tir əsən dodağımı,
Qoy doldursun sənə həsrət qucağımı.  
Sən külək ol...
Əsə-əsə həsrətini qaytar geri.
Bir anlıq da olsa yenə
Qoy çin olsun arzularım.
Sən çiçək ol...
Amma solma,
Mən ölüncə qoxulayım
Ləçəyinin qoxusunu
Cənnət gülü...
15.04.2020

Fərid Muradzadə  
Dalidag.az



Kateqoriya: Poeziya-nəsr
Tarix: 10-05-2020 15:27
Baxış sayı: 31 296
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını