Beynəlxalq Muğam Mərkəzində (BMM) Xalq artisti, unudulmaz xanəndə Rübabə Muradovanın xatirəsi yad olunub. Dalidag.az xəbər verir ki, Muğam Mərkəzinin “Unudulmayanlar” layihəsi çərçivəsində reallaşan tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri, görkəmli xanəndənin sənət dostları və yaxınları iştirak ediblər. Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhminin aparıcılığı ilə keçən tədbirdə unudulmaz xanəndənin həyat və yaradıcılığından söz açılıb, onun mədəniyyətimizin inkişafındakı

Beynəlxalq Muğam Mərkəzinin “Unudulmayanlar” layihəsi davam edir. Dalidag.az xəbər verir ki, layihə çərçivəsində fevralın 21-də Xalq artisti, unudulmaz xanəndə Rübabə Muradovanın xatirəsi anılacaq. Heydər Əliyev Fondu tərəfindən Beynəlxalq Muğam Mərkəzinin muzey hissəsində Azərbaycan muğam sənətinin inkişafındakı xidmətlərinə görə büstü ucaldılan 30 muğam korifeyinin yaradıcılığına həsr edilən layihənin silsilə buraxılışları ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. Rübabə Muradovanın

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələr Ağstafa Regional Mədəniyyət İdarəsində "Qarabağda Ermənistanın heç biri tarixi irsi yoxdur" mövzusunda keçirilən konfransda müzakirə edildi. Mədəniyyət işçilərinin iştirakı ilə Ağstafa rayon Heydər Əliyev Mərkəzinin konfrans zalında baş tutan tədbiri

Hindistanın Kəlküttə şəhərində keçirilən “Crown Wood Beynəlxalq Film Festivalın”da Şamil Əliyevin “Çölçü” filmi “Best Narratıve Feature” (Ən yaxşı bədii film) və “Best dırector” (Ən yaxşı rejissor) mükafatlarının qalibi elan edilib. Dalidag.az xəbər verir ki, Şamil Əliyevin “Çölçü” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film 5 qitəni əhatə edən 60 beynəlxalq film festivalında iştirak edərək 30-dan artıq müxtəlif mükafatlara

İyunun 20-dən 26-dək Misir Ərəb Respublikasının Mədəniyyət naziri və Cənubi Sinay Qubernatorunun himayəsi ilə dördüncü Şarm əl-Şeyx Film Festivalı keçiriləcək. Festivalda Azərbaycan filmləri də nümayiş olunacaq. Dalidag.az xəbər verir ki, bu barədə Misirin Azərbaycandakı səfiri Adel İbrahim bildirib. Onun sözlərinə görə, bu, iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin daha da gücləndirilməsi istiqamətində atılan növbəti addımdır. Nümayiş olunacaq filmlər isə rejissor Elçin Musaoğlunun

Fevralın 22-də Beynəlxalq Muğam Mərkəzində şair Məmməd İlqarın 70 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək. Şairin bədii-musiqili yaradıcılıq gecəsində ömür yoluna nəzər salınacaq, əsərlərindən poetik nümunələr səsləndiriləcək. Qeyd edək ki, Məmməd İlqar 1950-ci ildə Qazax mahalının Aslanbəyli kəndində ziyalı ailəsində doğulub. Uşaq yaşlarından şeirə böyük marağı olan və artıq gənc yaşlarından rayon qəzetlərində şeirləri çap olunan Məmməd İlqar Bakıya gəldikdən sonra ədəbiyyat camesinin

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin nəzdində fəaliyyət göstərən “Aşıq Şəmşirin Memorial Muzeyi”ndə XX əsr Azərbaycan ədəbiyyatının və aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Şəmşirin vəfatının 40-cı ildönümü münasibətilə anım tədbiri keçirilib. Anım mərasimində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin fəal üzvləri, Kəlbəcər rayon 14 saylı orta məktəbin müəllim və şagird kollektivi iştirak edib. Mərasimdə çıxış edən “Aşıq Şəmşir”

Əməkdar mədəniyyət xadimi, animasiya filmlərinin rəssamı Rauf Dadaşov fevralın 8-də 76 yaşında dünyasını dəyişib. Dalidag.az -ın məlumatına görə, bu barədə rəssamın qardaşı qızı, Azərbaycan Memarlar İttifaqının “Memar” jurnalının məsul redaktoru Səbinə Dadaşova özünü “Facebook” səhifəsində yazıb. Rauf Dadaşov 4 noyabr 1944-cü ildə anadan olub. O, Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. 1975-ci ildə Moskvada rəssam-multiplikator ixtisası üzrə kurs bitirib. O, 1970-ci ildən

Dalidag.az unudulmaz sənətkar, səsi ilə dünyanı fəth edən Şövkət Ələkbərova haqqında maraqlı faktları təqdim edir. Şövkət Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda anadan olub. Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdikdən sonra səhnə yaradıcılığına başlayıb. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti işləyib. Atası onun musiqiçi olmasını çox istəyib. Şövkət xanımın ilk musiqi təhsili kamança aləti üzrə olub. 1937-ci ildə musiqi

Özbəkistanın “Zor” televiziya kanalında nümayiş etdirilən “JOZİBA” verilişinin canlı rəqs müsabiqəsində Azərbaycan milli rəqsləri təqdim olunub. Dalidag.az xəbər verir ki, televiziya kanalında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi nümayiş etdirib. Verilişin aparıcısı Matluba Safarova milli rəqslərimiz barədə danışıb, Azərbaycan xalqının zəngin mədəniyyəti, incəsənəti haqqında məlumat verib.
Yazı axını