Nefertiti eramızdan əvvəl 1353-1336-cı illərdə hökmranlıq etmiş Misir fironu Exnatonun arvadı idi. “Nil hökmdarı və “Tanrıların qızı” adlandırılan Nefertiti bunun sayəsində misli görülməmiş güc əldə etmişdi, fironla bərabər statusa sahib olmuşdu. Bununla belə, Exnatonun hakimiyyətinin on ikinci ilindən sonra adı tarix səhifələrindən silinən Nefertiti ilə bağlı bir çox mübahisə bu gün də davam edir. Nefertiti bütün Misirdə gözəlliyi ilə tanınmışdı. Onun uzun, qu quşuna bənzər boynu ilə öyündüyü

Bu gün Xalq artisti, böyük sənətkar Rəşid Behbudovun doğum günüdür. Dalidag.az kulis.az-a istinadən müğənni haqqında 10 maraqlı faktı təqdim edir. 1. Rəşid Behbudov SSRİ-də mikrofonsuz oxuması ilə məşhur idi. Onun məxsus olduğu yüksək səs tembri buna imkan verirdi. 2. 1943-cü ilin sonunda Bakıda çəkilən "Arşın mal alan" filmində baş rola dəvət alır. Film tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazanır. 3. Günlərin birində Qarabağa konsert verməyə gedir.

"Nazirlər Kabineti yanında Operativ Qərargahla apardığımız konstruktiv danışıqlar nəticəsində oktyabrın birindən teatr, kinoteatr və konsert zalları açılacaq". Dalidag.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib. "Amma burada müəyyən şərtlər var. Belə ki, pandemiya qaydalarına riayət etməliyik, yəni, zallar 50 faizdən çox doldurulmamalı, COVID pasportu ilə giriş və zalların dezinfeksiya edilməsi təmin olunmalıdır. Mədəniyyət Nazirliyi məsələyə ciddi

18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir. Dalidag.az xəbər verir ki, bu gün dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, musiqişünas-alim, Şərqdə ilk operanın müəllifi kimi tanınan, ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 136-cı

Azərbaycanın tanınmış fırça ustası Tofiq Fərəcov vəfat edib. Mədəniyyət Nazirliyindən verilən məlumata görə, rəssam 69 yaşında dünyasını dəyişib. T. Fərəcov 1952-ci ildə Masallı rayonunun Yeyənkənd kəndində ziyalı ailəsində dünyaya göz açıb. Gənclik illərində respublikanın qabaqcıl təhsil müəssisələrində rəssamlıq sənətinin sirlərinə yiyələnib. Əmək fəaliyyətinə ötən yüzilliyin 70-ci illərində mədəniyyət sferasında başlayan rəssam, bir sıra mədəniyyət ocaqlarında məsul vəzifələrdə çalışıb. T.

Bu gün Şuşada Vaqif Poeziya Günlərinin açılışı olacaq. Dalidag.az xəbər verir ki, Heydər Əliyev Fondunun təşklatçılığı ilə keçirilən Vaqif Poeziya günləri Şuşa işğaldan azad edildikdən sonra dogma şəhərində ilk dəfədir təşkil olunur. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi önündə keçiriləcək tədbir iki gün davam edəcək. Poeziya günləri çərçivəsində çıxışlar, ədəbi simpozium, sərgilərin açılışı olacaq. Dalidag.az

Türkiyənin “TRT World” kanalı Başlıbel faciəsi haqqında qısametrajlı sənədli film çəkib. İngilis dilində yayımlanacaq film yaxın iki ay ərzində tamaşaçılara təqdim olunacaq. Dalidag.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist, Başlıbel faciəsindən bəhs edən "Qanlı kaha" kitabıbının müəllifi Elxan Salahov bildirib. O, qeyd edib ki, film Kəlbəcərin işğalı zamanı erməni quldurlarının Başlıbel kəndində köməksiz vəziyyətdə qalan 62 kənd sakininin 4 aya yaxın davam edən mügasirə həyatından

Şuşada Molla Pənah Vaqifin məqbərəsi bərpa edilir. Dalidag.az xəbər verir ki, layihə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. Layihənin icrası zamanı məqbərənin əvvəlki vəziyyətinin bərpasına xüsusi diqqət yetirilir. Qeyd edək ki, 1992-ci ildə ermənilər Şuşanı işğal edərkən bu abidəni də vəhşicəsinə dağıdıblar. Daha ətraflı Baku TV-nin sujetində:

Təbiətin rəngi hopan kətan və... Yaxud Nəsibənin duyğularının “cililov görməyən köhləni”ni yoran yollar Adətən, poetik duyğular cilalı olanda, nəzmə çəkiləndə sevilir. Şairlərin könül dünyasının rənglərini rəsamlar kətana köçürməkdə çətinlik çəkirlərmi görəsən? Axı, onlar şair deyillər. Bəlkə də heç bir misranın belə müəllifi olmayıblar. Amma, onların da şairlər kimi, öz dünyaları var, rəngarəng, təzadlı, qol-boyun fikirlərlə dolu... Sənət, peşə yollarında inamla irəliləyənlər xalqın sevimli

Bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Xarıbülbül” musiqi festivalı başlayır. Dalidag.az -ın xəbərinə görə Şuşa şəhəri Ermənistanın işğalından azad olunandan sonra ilk dəfə keçiriləcək festival mayın 12-i və 13-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutacaq. Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxışı, xalq və klassik musiqidən ibarət proqram təqdim ediləcək. Tədbirə dəvətlilər arasında bir sıra ictimaiyyət və mədəniyyət xadimləri,
Yazı axını