Sərhəddə düşmən təxribatı: Hərbçimiz şəhid oldu

05-03-2020 23:04
Sərhəddə erməni təxribatı: Hərbçimiz şəhid oldu
Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqa­mətində müdafiə və mühafizəsini həyata keçirən mövqelərimizə qarşı düşmən tərəfinin təxri­batları davam edir.
Dalidag.az xəbər verir ki, DSX-dən verilən məlumata görə, 2020-ci ilin 5 mart tarixində saat 19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhə­dindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulub.
Düşmən snayperi tərəfin­dən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər Paşazadə Orxan Nazim oğlu yaralanıb, dərhal Qazax rayo­nunun dia­qnostika mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərini qoruyan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun qətlə yetirilməsi cinayətinin məsuliyyəti Ermənis­tanın hərbi-siyasi rəhbərliyinin üzərindədir.
Baş vermiş hadisə ilə əlaqədar zəruri tədbirlər görülür.

Dalidag.az



Kateqoriya: Manşet / Qarabağ
Tarix: 05-03-2020 23:04
Baxış sayı: 4507
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını