Kəlbəcərdən olan məhkəmə hakimi sədr təyin edildi

22-05-2020 20:50
Namidar Əlöysət oğlu Misirzadə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şirvan Kommersiya Məhkəməsinin hakimi və sədri təyin edilib.
Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qərar imzalayıb:
"Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram: 
1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, aşağıdakı hakimlər birinci instansiya məhkəmələrinin hakimləri və sədrləri təyin edilsinlər:
Namidar Əlöysət oğlu Misirzadə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şirvan Kommersiya Məhkəməsinin hakimi və sədri təyin edilsin;

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti"
           
Qeyd edək ki, Namidar Misirzadə 1980- ci il təvəllüdlüdür, əslən Kəlbəcərdəndir.

Bakı Dövlət Universiteti, Beynəlxalq hüquq fakültəsi (bakalavriat) və Hüquq fakültəsində (magistratura) təhsil alıb.

Yeni təyinata qədər 2002 - 2007- ci illərdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin kuryeri, iclas katibi,

2007-ci ildə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin iclas katibi

2007 - 2008-ci illərdə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin iclas katibi

2008 - 2010-cu illərdə Bakı Apelyasiya Məhkəməsinin hakim köməkçisi

2010 - 2013-cü illərdə "Bank VTB" ASC-nin hüquq idarəsinin aparıcı mütəxəssisi

2013 - 2020-ci illərdə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hakimi kimi fəaliyyət göstərib.

Dalidag.az ailəsi olaraq, dəyərli həmyerlimizi təbrik və işlərində uğurlar arzulayırıq.
                                   Namidar Misirzadə


Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 22-05-2020 20:50
Baxış sayı: 41 552
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını