Bu gün həbs edilən icra başçısı Mahir Quliyev kimdir? — BARƏSİNDƏ

29-04-2020 14:25

DTX-nin həbs etdiyi icra başçısı Mahir Quliyev kimdir? — DOSYE


Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri bu dəqiqələrdə Biləsuvar rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir.
Mətbuatda verilən xəbərə görə, artıq icra başçıcı Mahir Quliyevlə müavini Bakıya gətirilib.

Qeyd edək ki, Mahir Hacı oğlu Quliyev 28 noyabr 1958-ci ildə Kəlbəcər rayonunda anadan olmuşdur. Ali təhsillidir. "Naxçıvan" universitetini bitirmişdir. 1977-1979-cu illərdə ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur.

Əmək fəaliyyətinə 1975-1977-ci illərdə Kəlbəcər rayon kolxoz tikinti idarəsində fəhlə olaraq başlamışdır.Hərbi xidmətdən qayıtdıqdan sonra 1980-1981-ci illərdə "Azərnəqliyyat" tikinti trestində usta, 1981-2005-ci illərdə isə o zamankı "26 Bakı Komissarı" adına rayonun İctimai iaşə idarəsi nəzdində müxtəlif vəzifələrdə çalışmışdır.2005-ci ildə keçirilən bələdiyyə seçkilərində Səbail bələdiyyəsinin üzvü seçilmiş və 08.09.2006-cı il tarixədək bələdiyyə sədrinin müavini postunu tutmuşdur.08.09.2006-26.04.2011-ci illərdə isə Astara Rayon İcra Hakimiyyətinin Başçısı vəzifələrində işləmişdir.
Azərbaycan Respublikası Prezidentinin 26 aprel 2011-ci il tarixli Sərəncamı ilə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var.

Dalidag.az



Kateqoriya: Manşet / Sosium
Tarix: 29-04-2020 14:25
Baxış sayı: 21 367
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını