Şok proqnoz: Dünya bu tarixdə məhv olacaq - Video

10-04-2020 12:11

Dünya alimləri Yer kürəsini gələcəkdə təhdid edəcək təhlükələrlə bağlı bir sıra hesablamalar aparıb.
Dalidag.az xəbər verir ki, hesablamalara görə, müxtəlif illərdə planetimizdə köklü dəyişikliklər baş verəcək və bu da insanlarla yanaşı bütün canlı aləmin həyatına ciddi təsir göstərəcək.
10 min il sonra
Qlobal istiləşmə nəticəsində dəniz suyunun səviyyəsi 3-4 metr yüksələcək. Bəzi alimlər iddia edir ki, dünyada insan qalmayacaq.
13 min il sonra
Yer oxu tərsinə çevriləcək və bu da dünya orbitinin əks tərəflərində yay və qışın gəlməsinə səbəb olacaq.
15 min il sonra
Saxara səhrası tropik iqlimə sahib olacaq və bununla da dünyanın ən böyük səhrası yox olacaq.
20 min il sonra
1986-cı ildə Çernobıl qəzasından sonra tərk edilən ərazilər yaşayış üçün əlverişli olacaq.
36 min il sonra
Kiçik qırmızı planet Ross 248 Günəşə ən yaxın ulduz olacaq.
50 min il sonra
Şimali Amerikanın şərqindəki Niaqara şəlaləsi tamamilə yox olacaq.
100 min il sonra
Kainatdakı ən böyük ulduz olan “VY Canis Majoris” hipernova nəticəsində patrtlayıb yox olacaq və Dünyanın böyük hissəsi lava altında qalacaq.
200 min il sonra
Havay adalar qrupunda sualtı vulkanın püskürməsi nəticəsində okeanın ortasında bir ada yaranacaq.
300 min il sonra
“VR 104 Pinvhell” nebulasında yerləşən bir cüt ulduz sistemi supernova nəticəsində yox olacaq. Bu partlayış nəticəsində yaranacaq qamma şüaları Yerdəki yaşayış üçün böyük təhlükə törədəcək.
500 min il sonra
Dünyaya qarşısını almaq mümkün olmayan 1 km-lik asteroid düşəcək.
1 milyon il sonra
Dünya vulkanik partlayışların təsiri altına düşəcək və hər şey lava altında qalacaq.
2 milyon il sonra
ABŞ-dakı Böyük Kanyon getdikcə dərinləşəcək.
10 milyon il sonra
Suların yüksəlməsi nəticəsində Afrika qitəsinin bir qismi materikdən ayrılacaq və ayrıca ada olacaq.
50 milyon il sonra
Marsın peyki olan “Fobos” Marsla toqquşacaq.
100 milyon il sonra
Dünya yox olacaq. Saturnun halqası da həmçinin.
250 milyon il sonra
Yer kürəsindəki qitələrdə dəyişiklik olacaq. Kaliforniya sahili Alyaska ilə toqquşacaq. Günəş sistemi Süd Yolu qalaktikasındakı bütün dövrəni tamamlayacaq.
600 milyon il sonra
Dünyada bitki örtüyü qalmayacaq və meşələr tamamilə yox olacaq.
800 milyon il sonra
Dünyada karbon dioksidin səviyyəsi düşəcək. Oksigenin də azalması səbəbindən dünyada yaşayış olmayacaq. Yer kürəsində yalnız təkhüceyrəlilər yaşayacaq.
1 milyard il sonra
Günəş dünyaya şaquli vəziyyətdə baxacaq və bunun nəticəsində də okeanlar yox olacaq.
2 milyard il sonra
Dünyanın daxili nüvəsi ildə 1 mm sürətlə böyüyəcək və bunun nəticəsində də xarici nüvə donacaq. Xarici nüvə olmadan dünyanın maqnit sahəsi yox olacaq və Günəşdən gələn radiasiyalar atmosferi yox edəcək.
4 milyard il sonra
Yerdən 2.5 milyon işıq ili uzaqlığındakı Andomeda qalaktikası bizim qalaktika ilə toqquşacaq.
7 milyard il sonra
Günəş dünyanı tamamilə məhv edəcək.
14 milyard il sonra
Günəş qara planetə çevriləcək və bir daha görünməyəcək.axar.az
Dalidag.az



Kateqoriya: Manşet / Video / Sosium
Tarix: 10-04-2020 12:11
Baxış sayı: 4594
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını