Baharı görmədi, doğum gününə yetişmədi...- İsgəndər Həmidov

10-04-2020 13:20

Bu gün sabiq Daxili İşlər naziri, general-leytenant, Milli Azadlıq Hərəkatının liderlərindən olan İsgəndər Həmidovun doğum günüdür.   

Baharda doğulmuşdu. Təəssüf ki,  bu il nə baharı görə, nə də amansız ölümün cəngindən qopub doğum gününə yetişə bildi. Doğum günü astanasında ölüm onu yaxalamasa, bu gün 72 yaşını qeyd edəcəkdi. Bu dəfə özünün olmadığı və heç vaxt xatırlaya bilməyəcəyi  doğum gününü on minlərlə insan onsuz qeyd edəcək. Ürəklərində heç vaxt sönməyəcək İsgəndər Həmidov sevgisi ilə...

Qeyd edək ki, İsgəndər Həmidov 1948-ci il aprel ayının 10-da Kəlbəcər rayonunda anadan olub.1988-ci ildə başlanan Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən biri idi. 1990-cı ildən 1995-ci ilə qədər parlamentin, 1991-ci ildə Azərbaycan Xalq Cəbhəsinin üzvü olub. 1992-ci ildə Ağdərədə gedən döyüşlərdə, minanın partlaması nəticəsində, kürəyindən qəlpə yarası alıb.1992-ci il mayın 16-dan 1993-cü il aprelin 16-a qədər Daxili İşlər naziri vəzifəsində çalışıb. Azərbaycan Xalq Hərəkatının (AXH) qurucularındandır.

Xatırladaq ki, İ. Həmidov bu il fevralın 26-da uzun sürən xəstəlikdən sonra vəfat edib.

Ruhu şad olsun!

Dalidag.az


Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 10-04-2020 13:20
Baxış sayı: 4798
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını