Kəlbəcərin Lev qalası- XIII-XIV yüzilliklərin mirası düşmən tapdağında -ŞƏKİLLƏR

11-03-2020 21:29
Kəlbəcər rayonunda olan dağ qalaları içərisində ən əzəmətlisi Lev qalasıdır.
Dalidag.az-ın məlumatına görə Qala Qanlıkənd kəndi ərazisində Lev çayının sağ sahilindən 600 metrə yaxın məsafədə meşəli uca dağ belində salınmışdır.
Üç tərəfdən sıldırım qaya və uçurumlarla əhatə olunmuş qalanın uzunsov, dağ relyefinə uyğun mürəkkəb plan quruluşu var. Yalnız şimal-qərb tərəfdəki dar cığırla qalanın şimal-şərq ucundakı tək giriş qapısına qalxmaq olur. Qalanın içərisinin uzunluğu 90 metrə yaxın, eni 3,5 -4,0 metr arasındadır. Onun içqalası qala ərazisinin hündür cənub-qərb küncündə yerləşir. Qalanın divarları bir neçə yarımdairəvi bürclə möhkəmləndirilmişdir. Tək qala qapısı isə iki dairəvi bürc arasında yerləşir. Qala divarlarının orta qalınlığı 1,3 metrdir. Qala içərisində tikinti xarabalıqları, qaya içində qazılmış su tutarları, ərzaq yerləşgələri və s. qalmışdır. Lev qalası çevrəsindəki dağlarda mövcud olan gözətçi qüllə və kiçik peyk qalalar sisteminə daxil idi. Bu dağlardan biri onun zirvəsində olan qalanın funksiyasına uyğun adını saxlamışdır — Qaravul dağı. Qaravul dağından isə başqa bir qala- Comərd qalası görünür. Lev qalası XIII—XIV yüzilliklərin abidəsidir.
1993- cü ilin aprel ayından hazırkı dövrə qədər Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
Dalidag.az



Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 11-03-2020 21:29
Baxış sayı: 42 136
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını