Millət vəkili Aqil Məmmədov YAP Kəlbəcər rayon təşkilatının inzibati binasında Gəncə şəhər və ətraf rayonlarda yaşayan Kəlbəcər rayonundan olan sakinlərlə növbəti qəbul keçirib. Dalidag.az xəbər verir ki, görüş zamanı Millət vəkili, seçicilərin və vətəndaşların problemini diqqətlə dinləyib, onları narahat edən məsələlərlə yaxından tanış olub. Vətəndaşların səsləndirdiyi müraciətlərin qeydiyyatı aparılaraq nəzarətə götürülmüş, səlahiyyətlər daxilində olan məsələlərin həll istiqamətində müvafiq

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Bərdə rayonu, Qarayusifli kəndi, Kəlbəcər rayon 46 nömrəli tam orta məktəbin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirib. Dalidag.az -ın xəbərinə görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və həmin ərazidə müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri iştirak edib. RİH başçısı

İnfrastruktur layihələri (Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən – red.) imkan verir ki, biz bu il daha böyük sayda keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytaraq və onların bu il qaytarılacaqları şəhərlər arasında beş şəhər - Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi, Xocalı şəhərləri olacaq. Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib. Dövlətimizin başçısı Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtmasının nəzərdə

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Yevlax şəhəri, Məcburi köçkün qəsəbəsi, Kəlbəcər rayon 30 nömrəli tam orta məktəbin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirib. Dalidag.az -ın xəbərinə görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və həmin ərazidə müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri iştirak etmişdir.

Kəlbəcər Rayon İcra Hakimiyyətinin Başçısı Azər Qocayev Rayonun ictimai- siyasi həyatında fəal iştirak edən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı olan, fəal gənc Cəfər Muxtarzadəni təltif edib. Dalidag.az -ın xəbərinə göeə, rayon rəhbəri bildirib ki, ölkəmizdə daima gənclərə böyük önəm verilib və dövlət başçısı tərəfindən ölkəmizdə gənclər siyasətinin daha da uğurla aparılması istiqamətində Dövlət Proqramları qəbul edilib və gəncliyin hərtərəfli

2024-cü ilin may ayında Kəlbəcərə ilk köç reallaşa bilər. Rayona əvvəlcə 150 ailənin köçürülməsi nəzərdə tutulur. Dalidag.az -ın xəbərinə görə, Millət Vəkili Aqil Məmmədov bildirib ki, Kəlbəcər şəhəri də daxil olmaqla Zallar, Zar və Yanşaq kəndlərində tikinti işləri davam etdirilir. Məcburi köçkünlərin dövlət proqramında nəzərdə tutulmuş vaxtda doğma yurda qayıtması üçün digər sosial infrastruktur layihləri də icra olunur. Artıq İstisu mineral su doldurma zavodunun da tikintintisi yekunlaşmaq

Daha bir həmyerlimiz əli Kəlbəcərə uzalı köç etdi bu dünyadan. Şair Səxavət Kəlbəcərlinin böyük əmisi Abbas Süleymanov vəfat edib. Dalidag.az xəbər verir ki, bu barədə S.Kəlbəcərli öz "Facebook" səhifəsində qeyd edib: "Çox ağır oldu. Bu yaz Kəlbəcərə gedəcəyini demişdi, arzusu gözündə qaldı", o yazıb. Bildirək ki, mərhumun dəfn mərasimi Mingəçevir şəhərində keçiriləcək. Allah rəhmət eləsin! Dalidag.az

Kəlbəcər işğala məruz qalmış Qarabağ torpaqlarımızın sahəsinə görə ən böyük və yeraltı sərvətlərinə görə ən zəngin rayonudur, hətta bəzi coğrafi parametlərinə, məsələn, dəniz səviyyəsinə görə ölkəmizin ən hündür, relyefinə görə isə ən dağlıq ərazisidir. Rayon ərazisinin əksər hissəsi dəniz səviyyəsindən 2000 metrdən yüksəkdə yerləşir və onu qala kimi hər tərəfdən əhatə edən Murovdağ, Şərqi Göyçə, Mıxtökən kimi silsilə dağların əksər zirvələrinin hündürlüyü 3000 m-dən artıqdır (Gamışdağ-3724 m,

Yaxın vaxtlarda Kəlbəcər, Şuşa və Qubadlı şəhərlərinin Baş Planları təsdiq ediləcək. Dalidag.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov bildirib. "Həmin şəhərlərin razılaşdırma sənədlərinin hazırlanması yekunlaşmaq üzrədir", - deyə o əlavə edib. Dalidag.az

Kəlbəcər rayon 84 nömrəli tam orta məktəbin direktoru Həqiqət Məmişovanın təşkilatçılığı ilə Ümummilli Liderimiz Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Heydər Əliyev və Müasir Azərbaycan" adlı tədbir keçirilmişdir. Dalidag.az xəbər verir ki, Bakı yerləşən Şuşa şəhər 7 saylı tam orta məktəbin akt zalında keçirilən tədbirdə Milli Məclisin deputatı Aqil Məmmədov, təhsil eksperti Şahlar Əsgərov, "Azərbaycan Vətən Müharibəsi Veteranları" İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, Şərqi Zəngəzur
Yazı axını