Sərgi Zəngəzur iqtisadi rayonuna daxil olan Kəlbəcər rayonunda 2 kəndin (Çaykənd, Qamışlı) yenidənqurma layihəsi üzrə müqavilə imzalanıb. Dalidag.az bildirir ki, bu barədə Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, "Azərdövlətsənaye" Dövlət Layihə İnstitutu ilə Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti arasında Kəlbəcər rayonunun Çaykənd və Qamışlı

Kəlbəcər rayonundan məcburi köşkün olan Kərim Əhmədovun başına qəribə iş gəlib. Kərim kişi deyir ki, hələ Kəlbəcərdə yaşıyandan arıçılıqla məşğul olub. Məcburi köçkünlüyün ən çətin illərində də o bu sənətdən uzaqlaşmayıb. Deyir ki, torpaqlarımız yağı düşməndən azad olunandan sonra arıçılığa diqqət daha da artıb. Arıçılığın inkişafı ilə bağlı ölkə Prezidenti İlham Əliyevin xüsusi sərəncamı da var. Kərim Əhmədov üç ildir ki, arılarını qışda Sabirabad rayonunun Qarağacı kəndində saxlayır. Kənddə

Atam Rza Zeynal oğlu Sadıqov 15 iyun 1929-cu ildə Kəlbəcər rayonunda anadan olmuşdur. Ermənistanın hərbi təcavüzü nəticəsində 2 aprel 1993-cü il tarixdə ailəmiz məcburi köçkün düşərək Bakı şəhərində müvəqqəti məskunlaşmışdır. Avtomobil qəzası nəticəsində ciddi xəsarət almasına görə bir neçə il ağır tibbi əməliyyatlar keçirmiş, 10 fevral 2005-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu gün vəfatından 19 il ötür. Sənin üçün çox darıxıram ata! Anamla birlikdə bizi-böyük ailəmizi halal

Bu gün dəyərli həmyerlimiz, şair, publisist, istedadlı ədəbiyyatşünas alim İlham Məmmədlinin doğum günüdür. Halal söz adamı, dəyərli ziyalımız İlham Məmmədlini növbəti doğum günü münasibətilə təbrik edir, yaradıcılığında, pedaqoji fəaliyyətində və həyatında uğurlar diləyirik. Qeyd edək ki, İlham Müseyib oğlu Məmmədli 9 fevral 1963 Kəlbəcərin Bəzirxana kəndində anadan olub. 1980-ci ildə Kəlbəcər rayonu Zar kənd orta məktəbini, 1990-cı ildə isə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini

Kəlbəcər ictimaiyyətinə ağıri itki üz verib. Dalidag.az xəbər verir ki, Kəlbəcər rayon Mərkəzi Xəstəxanasının direktoru işləmiş Səadət Mədət qızı Əliyeva dünyasını dəyişib. Bu barədə S.Əliyevanın yaxınları məlumat verib. Qeyd edək ki, Səadət Əliyeva Milli Qəhraman Sərdar Səfərovun bacısıdır. Allah rəhmət eləsin!

İşğaldan azad olunan Kəlbəcər rayonunda 31 ildən sonra prezident seçkiləri keçirilir. Dalidag.az Modern.az-a istinadən xəbər verir ki, rayonda 123 saylı Kəlbəcər seçki dairəsinin iki məntəqəsi yaradılıb. Kəlbəcər şəhərində fəaliyyət göstərən Bakı Abadlıq şirkətinin inzibati binasında yerləşən 63 saylı məntəqədə 603, Kəlbəcər Su-Kanal İdarəsinin inzibati binasında yaradılan 64 saylı məntəqədə isə 875 seçici qeydiyyatdadır. Kəlbəcər rayonunda ümumilikdə 1 478 seçici qeydiyyata salınıb. Seçkilərin

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 5-də YAP Gəncə şəhər təşkilatının 600 nəfərlik qərargahında Kəlbəcərli seçicilərlə növbəti görüş keçirilib. Dalidag.az -ın xəbərinə görə, görüşdə Millət vəkili Aqil Məmmədov, Millət vəkili Pərvin Kərimzadə, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov,

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Bakı şəhərində yaşayan Kəlbəcərli sakinlərlə növbəti görüş keçirilib. Dalidag.az -ın məlumatına görə, görüşdə Millət vəkili Aqil Məmmədov, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, YAP Veteranlar şurasının üzvü Şahlar Əsgərov,

Daha bir həmyerlimiz, qocaman müəllim, uzun illər pedaqoji fəaliyyətlə məşğul olan Ələkbər Nəbiyev əli doğma yurda uzalı dünyasını dəyişdi. Qeyd edək ki, Ələkbər Mahmud oğlu Nəbiyev 1929-cu ildə Kəlbəcər rayonunun Xallanlı kəndində anadan olmuşdur. 1993-cü ildə yağı düşmən Kəlbəcəri işğal edəndən sonra ailəsi ilə birlikdə Şəki rayonunun Çələbixan qəsəbəsində məskunlaşmışdır. Dalidag.az olarq Ələkbər müəllimin vəfatından kədərləndiyimizi bildirir, doğmalarına dərin hüznlə başsağlığı veririk.

Həmyerlimiz, hüquqşünas Namidar Misirzadə İngiltərənin Cambridge Universitetində (Girton College) “Legal English/ TOLES” və Cambridge Law Studionun təqdimatında hüquqşünaslar üçün təşkil olunmuş “İntensive Legal English” xüsüsi təlimində və London Mərkəzi Cinayət Məhkəməsində (Central Criminal Court) təşkil olunmuş təcrübə proqramında iştirak edib. Dalidag.az bildirir ki, bu barədə hüquqşünas özü məlumat verib: "Göstərilən təlimdə və təcrübə proqramında iştirak etməyimin mənim hüquqi ingilis
Yazı axını