Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub. Dalidag.az -az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. "Aprelin 6-sı saat 18:30-dan 22:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək, Basarkeçər və Gorus rayonlarının Cil, Günəşli və Xoznavar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Gədəbəy, Kəlbəcər və Laçın rayonlarının Əyrivəng, Cəmilli və Hacılar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini ümumilikdə 16 dəfə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılmış Uşaq Səfirlər Məclisinin Kəlbəcər rayonu üzrə fəaliyyətə başlayan regional nümayəndəliyinin iclası keçirilib. Dalidag.az -ın xəbərinə görə, iclasda Kəlbəcər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Kəlbəcər rayon Təhsil sektorunun məsul əməkdaşı, rayon üzrə Uşaq Səfirləri Məclisinə seçilmiş 20 məktəbli və 10 könüllü iştirak edib.

Azərbaycanın Qarabağ bölgəsində əraziyə baxış zamanı Kəlbəcər rayonunun Ağdaban kəndi ərazisindəki qəbiristanlıqda minalanmış sahə aşkar olunub. Dalidag.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ərazidə POMZ-2M tipli piyada əleyhinə minaların məftil çəkmə üsulu ilə qurulduğu müəyyən edilib. Nazirlikdən qeyd olunub ki, bu tip minalar dairəvi şəkildə məhvetmə radiusuna malikdir və üzərindəki qəlpələrin parçalanması ilə ciddi fəsadlar yaradır. Mülki şəxslərə və hərbi

Bütün maddi və mənəvi dəyərlərimizə qənim kəsilən yağı düşmən işğal dövründə Azərbaycanın mədəni irsinə qarşı vandalizm siyasətini davam etdirib, qarşısına nə keçib dağıdıb-talayıb. Dalidag.az bildirir ki, lassik aşıq şeirinin tanınmış nümayəndəsi, ustad aşıq Dədə Şəmşirin düşmən tərəfindən dağıdılmış məzarının görüntüləri İTV-də yayımlanıb.

Ağır xəstəlikdən əziyyət çəkən kəlbəcərli ziyalı Vəliyəddin İsmayılovun oğlu İlqar Misirzadə İlham Əliyevə təşəkkür məktbu ünvanlayıb. Dalidag.az həmin məktubun mətnini təqdim edir: "AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ MİSİRZADƏ İLQAR VƏLİYƏDDİN OĞLU TƏRƏFİNDƏN T Ə Ş Ə K K Ü R N A M Ə Möhtərəm Prezident! Tarixi bir ilin başlanğıcında hər bir azərbaycanlının qürur hissi keçirdiyi bir günə şahidlik etdik. 07.02.2024-cü il tarixində Azərbaycanda növbədənkənar

Kəlbəcər rayonunda zəlzələ qeydə alınıb. Dalidag.az bildirir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Bildirilib ki, zəlzələnin maqnitudası 3.2 olub. Yeraltı təkanın dərinliyi 10 kilometrdir.

"Son illər kənd təsərüffatı sahəsində aparılan islahatlar bizləri sevindirir. Xüsusən də vətəndaşların müraciətlərinə həsassalıqla yanaşan ən yaxşı qrum kimi rəhbəri olduğunuz Kənd Təsərrüfatı Nazirliyini göstərmək olar. Səmimi deyim ki, dünən nazirliyin qaynar xəttinə zəng etmişəm və bundan sonra 4-5 əməkdaş mənə zəng edib müraciətimlə maraqlanıb. Bu, məni həddindən çox sevindirdi. Ona görə də Sizə dərin təşəkkürümü bildirirəm". Dalidag.az xəbər verir ki, bu fikirlər əslən Kəlbəcər rayonundan

Bu gün - 2 aprel Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı günüdür. Artıq dörd ildir bu tarixi məğlub ölkə kimi qeyd etmirik! Dalidag.az bildirir ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal olunmuşdu. Kəlbəcərin işğalı nəticəsində 55 hərbçi, 511 sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb. Rayonun 3 Milli Qəhrəmanı var. Rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəymişdi. Hazırda Kəlbəcərin 93 000-dən

İllər öncə Nizami Gəncəvinin milli kimliyi ilə bağlı bədnam qonşularımız tərəfindən əsassız söz-söhbətlər atılmışdı ortaya. İşin içində Azərbaycana siyasi təzyiq və təhdid də vardı - ərazisinin 20 faizini itirmiş xalqın mənəviyyatını təməlindən dağıtmağa hesablanmışdı bu təhdidlər. Dünya elminə və poeziyasına böyük töhfələr vermiş Nizami Gəncəvi fars şairi kimi təqdim edilirdi. Bir dəfə Milli Elmlər Akademiyasında belə təhdidlərə qarşı təşkil edilmiş konfransda mərhum şairimiz, rəhmətlik Şahmar

Kəlbəcər rayonunun Vəng və Ağdərə rayonunun Vəngli yaşayış məntəqələri ərazilərinə baxış zamanı düşmənə məxsus tərk edilmiş atəş mövqelərində 8 ədəd KS-19 zenit topu aşkar edilib. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, döyüş texnikası təhlükəsizlik qaydalarına riayət olunmaqla toplama məntəqəsinə daşınıb. "Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror əməliyyatından sonra Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinə məxsus
Yazı axını