Ayaz Arabaçı:"Dədəm, bu dünyada heç bir gün Sənin öldüyün gün deyil"

06-03-2020 13:02
Xəbər verdiyimiz kimi bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin anım günüdür. Ruhu şad olsun!

Dalidag.az 
tanınmış şair Ayaz Arabaçının milli öndər M.Ə. Rəsulzadəyə həsr etdiyi şeiri təqdim edir:
***
Ayaqlarımın ucuna basaraq keçdim,
Adın çəkilən hər yerdən...
Tarix müəllimindən soruşdum
kim bu adam,ilk dəfə universitetdə,
Azca işıqlansa da
yarımqaranlıq sifəti,
susdu...
Yəni boş ver deyib keçmək kimi bir şey..
Bu nöqtədə də qaldıq..
sonra bir-birimizə baxıb
dərindən nəfəs aldıq..
Və bir gün içimizi fərəhlə dolduran bir çağ gəldi..
Ürəyimizə sıxıb
öpə biləcəyimiz ruhumuza cilvə yapan
üçrəngli bayraq gəldi.
Gördüm ki, heç bir şeyi tarixin dərinliklərində
Gizlətmək mümkün deyil..
Dədəm, bu dünyada heç bir gün
Sənin öldüyün gün deyil.





















Ayaz Arabaçı
Dalidag.az








Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 06-03-2020 13:02
Baxış sayı: 31 472
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını