Dilqəm Əsgərovdan XƏBƏR VAR

29-02-2020 14:55
Xəbər verdiyimiz kimi Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları erməni girovluğunda saxlanılan azərbaycanlı əsirlər Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər. 
Dalidag.az
 xəbər verir ki, moderator.az-ın əməkdaşı D.Əsgərovun oğlu Kürdoğlu Əsgərovla əlaqə saxlayıb və o, sayta açıqlamasında atasından qısa məktub aldığını deyib:
“Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları fevral ayı ərzində atamgilə baş çəkiblər. Görüş reallaşandan sonra girovların ailəsinin narahatçılığını nəzərə alaraq bizimlə əlaqə saxladılar. Onların bizə dediklərinə görə atamın səhhətində elə bir ciddi problem yoxdur. Hətta atamdan qısa bir məktub da aldım və orda atam hamıya salam deyirdi. Yenə həmişəki kimi görüntü təqdim olunmadı. BQXK nümayəndələri deyirlər ki, atam görüntü yollamaq istəmir.
Mən fürsətdən istifadə edib mətbuat vasitəsilə Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinə müraciət edərək demək istəyirəm ki, artıq 6 ilə yaxındır ki, atam erməni  girovluğundadır. Onlar atamgilin girovluqdan azad olunmaq istiqamətindəki addımlarını daha da artırsınlar və ailəmiz adından onlara öz təşəkkürümüzü bildiririk. Bu günki gün yegannə qurum onlardır ki, atamgilə baş çəkib, bizə məlumat verirlər”.

Dalidag.az




Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 29-02-2020 14:55
Baxış sayı: 4489
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını