Rokossovskinin bağ evi necə "Uşaq evi" oldu?

07-12-2019 15:17
Stalinin sevimli müharibə qəhrəmanlarından olan marşal Rokossovski müharibədən sonra özünə böyük bağ evi tikdirir. 
Ev hazır olandan sonra o, böyük ziyafət təşkil edir. Stalinin də iştirak etdiyi ziyafət səhərə kimi davam edir. Səhər qonaqları yola salanda Stalin Rokossovskiyə deyir:
 — Konstantin Konstantinoviç, yetim uşaqlar üçün belə bir ev tikdiyinə görə sənə şəxsən öz təşəkkürümü bildirirəm.
Səhərisi gün marşalın öz təklifi ilə bağ evi uşaq evi kimi fəaliyyətə başlayır. Sonradan Rokossovski özünə kiçik bağ evi tikir. Ancaq bu dəfə ziyafət təşkil etmir.

Dalidag.az



Kateqoriya: Karusel / Sosium
Tarix: 07-12-2019 15:17
Baxış sayı: 3469
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını