"Deputat millətin tutuquşusu olmalıdır..."- Gənc namizəddən açıqlama/Video

06-12-2019 15:16
Xəbər verildiyi kimi Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-a təyin edilib. Sərəncama əsasən, parlamentin beşinci çağırışı buraxılıb.
Dalidag.az
-ın xəbərinə görə gündəmdə olan bu məsələ ilə bağlı 102 saylı Samux-Şəmkir seçki dairəsindən deputatlığa namizəd, ictimai fəal Tural Turan bizimyol.info-ya bildirib ki, bu dairədən 15 il ərzində deputat olmuş Valeh Ələsgərov cəmir bir dəfə seçicilərlə görüşüb.

“Mən həmin dairədən deputatlığıa namizədliyi sürməyimə səbəb seçicilərin Valeh Ələsgərovu deputat kimi fəaliyyətini görməməsidir. O, bir dəfə seçicilərlə görüşüb. O da, 2005-ci ildə keçirilən parlament seçkilərində seçicilərlə görüşüb. Nə deputat olduğu dönəmdə, nə də 2010 və 2015-ci illərdə keçirilən parlament seçkilərində seçicilərlə görüşməyib. Şəmkir rayonunda olan məntəqələrdə seçicilərin bir çox problemi olub. O, seçicilərlə maraqlanmayıb. Diplamatiyada yazılmamış qanun var ki, deputat millətin tutuquşusu olmalıdır. Yəni başqasının tutuquşusu olmamalıdır”,-deyə T.Turan bildirib.
O, qeyd edib ki, Valeh Ələsgərovun seçicilər arasında nüfuzu yoxdur: “Gəncləri fəal olmağa və öz gələcəklərinə biganə qalamağa çağırıram. Ümid edirəm ki bu il deputat gənc olacaq”.
Qeyd edək ki, 102 saylı Samux-Şəmkir seçki dairəsindən deputat Valeh Ələsgərov 2005-ci il dekabrın 2-dən Milli Məclis Sədrinin müavinidir.

Dalidag.az









Kateqoriya: Karusel / Sosium
Tarix: 06-12-2019 15:16
Baxış sayı: 3476
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını