Azərbaycanlı gənc Tbilisidə film festivalının qalibi oldu

04-12-2019 20:01

Marneulidən olan etnik azərbaycanlı gənc Gülgün Məmmədxanova Tbilisidə keçirilən qısametrajlı film festivalının qalibi olub.

Dalidag.az xəbər verir ki, festivala hər biri maksimum 90 saniyədən ibarət olan 130 film təqdim edilib. G. Məmmədxanovanın "16 yaşlı arvad" adlı filmi finala vəsiqə qazanan 30 film arasında yer alıb. Bu gün Tbilisidəki "Amirani" kinoteatrında baş tutan finalda isə film birinci yerə layiq görülüb.
Qısametrajlı film Gürcüstan İctimai İşlər İnstitutunun (GİPA) etnik azlıqlar üçün həyata keçirdiyi GİPA Media Lab proqramı çərçivəsində hazırlanıb.
Filmdə valideynləri tərəfindən erkən evliliyə məcbur edilən 16 yaşlı etnik azərbaycanlı qızın məruz qaldığı hadisələrdən bəhs edilir.
Festivalın qalibi 1000 fund sterlinq və Londonda keçirilən nüfuzlu Encounters qısametrajlı film festivalında iştirak hüququ qazanıb.apa

Dalidag.az


Kateqoriya: Karusel / Mədəniyyət
Tarix: 04-12-2019 20:01
Baxış sayı: 3427
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını