NNF azərbaycanlı rejissorların filmlərinin nümayişi ilə açıldı

04-12-2019 09:43

İsraildə "Near Nazareth Festival" (NNF) beynəlxalq film festivalının yeddinci mövsümü azərbaycanlı rejissorların filmlərinin nümayişi ilə açıldı.
Dalidag.az bildirir ki, ənənəyə görə, NNF film festivalı İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (Azİz) ilə birlikdə keçirilir. Festivalın direktoru Lilia Bermanın sözlərinə görə, bu, azərbaycanlı rejissorların fəal iştirakı və İsrail tamaşaçılarının azərbaycanlı rejissorlarının işlərinə olan böyük maraqı ilə bağlıdır.
"Near Nazareth Festival" dünyanın hər yerindən gələn rejissorlara qapılarını qonaqpərvərliglə açır və müxtəlif ölkələrin kino həvəskarları ilə əməkdaşlıq yolu ilə dünya xalqları arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmlənməsinə xidmət edir. Bütün filmlər orijinal dildə təqdim olunur.
Dalidag.az


Kateqoriya: Karusel / Mədəniyyət
Tarix: 04-12-2019 09:43
Baxış sayı: 3414
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını