"Başlıbel Akademiyası"nın məzunu - Musa Əziz

25-05-2020 17:44
Başlıbeldə onun çox davamçıları var. İstər jurnalistikada, istərsə də pedaqoji sahədə. Mən deyərdim ki, Başlıbel jurnalistika məktəbinin əsasını professor Əli Mirzəyev qoymuşdur. Onun davamçısı Zimistan Həsənov və Musa Əziz - Musa müəllim olmuşdur.
Musa müəllim həm Başlıbel məktəbində ingilis dili müəllimi, həm də "Yenilik" qəzetinin əməkdaşı idi . Hələ sovet hakimiyyəti dövründə "Yenilik" qəzetindəki fəaliyyətinə görə 1976-cı ildə "Sosializm Yarışının qalibi" döş nişanı ilə təltif olunmuşdur.
Musa müəllim həm də Başlıbel sakinlərini təmsil edən ilk ingilis dili müəllimi idi. Onun çoxsaylı davamçıları vardı ki, onlar alimlik dərəcəsi alarkən  ingilis dilindən verdikləri imtahanın əsasını Musa müəllimdən almışlar, ingilis dilinə sevgini də ondan öyrənmişlər .
Musa müəllim sənətkar ailəsində doğulmuşdu. Atası dəmirçi idi. Sənətilə bağlı el arasında "Dəmirçi Yunis" deyərdilər adına. Dəmirə aid bütün işləri yüksək peşəkarlıqla bacarırdı. Xışa, kotana aid işlər görər, nal kəsər, mıx, bel, çalğoş, lom - ling düzəldərdi. Qonşu kəndlər də onun yanına gələrdilər. Yunis baba dəmirçiliklə yanaşı nalbəndlik də edirdi.
Musa Əzizov!
Musa - Firəngül, Münəvvər - Hüseyn Yunis, Nabat oğlu.
2 qardaş- Məhəmməd - Ağca, 2 bacı- Zərniyar - Kamil, Səriyyə - Pənah
2 övlad- Babək, Gündüz - Şəfəq. 3 nəvəsi var.
1993 - cü ildən Kəlbəcər RTŞ-də metodist müəllim kimi fəaliyyət göstərir. Ali kateqoriyalı müəllimdir.
1998 - 2003-cü illərdə Azərbaycan Müəllimlərinin Xl, Xll qurultayında nümayəndə olmuşdur .
2000 - ci ildə Avropa Şurası və Təhsil Nazirliyinin birgə keçirdiyi Milli Seminarda Kəlbəcər nümayəndəsi olub.
2000- 2003- cü illərdə keçirilən Respublika Pedaqoji Mühazirədə Respublika qalibi kimi ll,lll dərəcəli Diplomla təltif olunub.
2008 - 2019 - cü illərdə Kəlbəcər rayon İH Başçısının Fəxri Fərmanıyla təltif olunub.
İctimai işlərdə fəal iştirakına görə dəfələrlə pul mükafatı verilib .
2013 - cü ildən Kəlbəcər Ağsaqqallar Şurasının üzvüdür.
Təhsillə məşğul olan alimlər dəfələrlə Musa Əzizin təhsil haqqında  fikir və təcrübəsi ilə razılaşmış, sitat gətirmişlər.
Gəncəbasar bölgəsində "Təhsil və zaman" ( indi "Təhsil Dünyası" ) qəzetində bölgə muxburidir.
Musa Əziz Azərbaycan Yazıçılar Birliyinin, Mətbuat Şurasının, Təhsil Şurasının üzvüdür
Bədii, elmi yaradıcılıqla da məşğuldur. "Başlıbel Şəhidləri", "Can evim Başlıbelim","Örnək Ömür", "Qələbə lap yaxındadır" bədii publistik
kitabların, təhsil haqqında çoxlu metodiki vəsaitin müəllifidir.
Musa Əziz - Musa müəllim şərəfli ömür yaşayıb. Amma...
Məcburi köçkün ömrü onun həyatının ən acı, ən ağır illəri oldu. Başlıbel kəndindəki isti yuvasını , villasını itirib Gəncə şəhərində pedaqoji institutun yataqxanasının 1 otağında yaşamağa məhkum edildi. Doğma kəndinə qayıdacağı günü səbirsizliklə gözləyir .
Buna baxmayaraq, dağılmış Kəlbəcərin təhsilinə öz pedaqoji təcrübəsi ilə, sanki çiynini ağır yükün altına verdi. Başlıbel məktəbinin təhsil ənənəsini, rayon səviyyəsində tətbiq etmək vəzifəsinin öhdəsindən lazımınca gəldi.
"Başlıbel Akademiyası"nın akademiki Musa müəllim öz müəllim sələflərinin ruhunu şad edir. Onları həmişə yad edir. Bəli onun üçün də doğma kollektivsiz, lakin doğma kollektivinin ideyalarını yaşatmaq asan olmasa da, şərəflidir. Musa Əziz bu şərəfli işin öhdəsindən ləyaqətlə gəldi.
İndi, qürurla "geri baxıb "davamçılarının gördükcə yaşamaq istəyi artır. Ümid edir ki, doğma Başlıbel kəndinin bərpasında iştirak etmək ona da - Musa müəllimə də nəsib olacaq!











Sabir Mirzəyev
Dalidag.az










Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 25-05-2020 17:44
Baxış sayı: 41 289
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını