Hitlerin Saturn adlı timsahı öldü - ŞƏKİL

24-05-2020 11:08
Saturn öldü - ŞƏKİL

Moskva zooparkında Hitlerə məxsus olduğu iddia edilən Saturn adlı Missipi timsahı ölüb.


Dalidag.az-ın xəbərinə görə, bu barədə Moskva zooparkının “Facebook” sosial şəbəkəsindəki səhifəsində məlumat yerləşdirilib.

Saturn 84 yaşında ölüb. Adətən, timsahlar 30-50 il yaşayır. Bu baxımdan Saturn timsahlar arasında ən uzunömürlü timsah da sayıla bilər.

Qeyd edək ki, Saturn 1936-cı ildə ABŞ-da anadan olub, daha sonra isə Berlin zooparkına aparılıb. Timsah 1943-cü ildə Berlin bombalanarkən zooparkdan qaçıb. Britaniyalılar 3 il sonra onu tapıb və SSRİ-yə təhvil verib. Əfsanələşmiş timsah o vaxtdan indiyə qədər Moskva zooparkında məskunlaşıb. Saturnun Hitlerin şəxsi kolleksiyasına daxil olduğu iddia edilib.

Dalidag.az


Kateqoriya: Karusel / Sosium
Tarix: 24-05-2020 11:08
Baxış sayı: 3524
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını