Ali məktəblərə sənəd qəbulu başlanır

11-05-2020 12:06


Sabahdan ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin sənəd qəbulu başlanır.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, abituriyentlərin sənəd qəbulu onlayn şəkildə mayın 12-dən iyunun 5-dək aparılacaq.

Qəbul imtahanlarının iyulun 20-dən sonra bir dəfə keçirilməsi nəzərdə tutulur. Əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanılan ballar əsasında 700 ballıq şkala əsasında aparılacaq.

I-IV ixtisas qruplarının biri üzrə imtahanda iştirak etmiş abituriyentlər eyni zamanda V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilərlər (qabiliyyət imtahanında müvəffəqiyyət qazanmaq şərti ilə).

Qəbul imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular (11-ci sinfə aid) çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur.

Dalidag.az




Kateqoriya: Karusel / Sosium
Tarix: 11-05-2020 12:06
Baxış sayı: 4509
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını