Koronavirusdan qorxmaq yox, qorunmaq lazımdır

04-05-2020 20:30

Dünya alimləri ilə yanaşı, azərbaycanlı həkimlər də bu “gözəgörünməz” bəlaya “Qarabağ Xalq Təbabəti” ilə qalib gəlmək haqqında fikir söyləyirlər


Koronavirus  (COVID-19) pandemiyası dünyanın əksər bölgələrində insanları bu ilin əvvəlindən vahimə içərisində saxlamaqla, eləcə də iqtisadi böhran yaratmaqla bəşəriyyəti çətin sınaq qarşısında qoydu. Viruslar ailəsinə mənsub olan koronanın  epidemiyaya çevrilməsinin qarşısının alınması, ondan xilas olmaq bu gün dünya çapında ilk növbədə həkimləri ciddi sınaq qarşısında qoyub.

Respublikamızda pandemiyanın qarşısının alınmasında dövlət və xalq tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər artıq öz müsbət nəticəsini göstərməkdədir. Beynəlxalq miqyaslı bu bəladan xilas olmaq üçün bütün mümkün variantlardan istifadə edilir. Lakin söhbət onu məhv edəcək hansısa tibbi müalicə və ya vaksinasiyadan gedirsə, mütəxəssislərin birmənalı fikir söyləyə bilməməsi hələ də insanlarda çaşqınlıq yaradır.

Həmsöhbət olduğumuz tibb mütəxəssislərinin əksəriyyəti bu qənaətdədir ki, virusu məhv edəcək hansısa vaksin, yaxud preparatın ixtirası və hazırlanması heç də qısa zaman ərzində mümkün deyil. Lakin, bununla yanaşı, insanların belə tip viruslardan qorunması mümkündür və həm də çox sadə vasitələrlə.

2000-cı ildə Azərbaycan Tibb Universitetini bitirib həkimlik fəalıyyətində osteopatik metodlarla “Dayaq hərəkət sisteminin - onurğanın və onurğaya bağlı daxili orqanların patologiyasını, həmçinin kiçik çay daşları, bitki tikanları, fitoterapiya, apiterapiya, neft məhsulları və bir cox digər təbii üsullarla müalicə edən, MedEra-hospitalın Manual onurğa terapevti, osteopat, Azərbaycan Apiterapiya Cəmiyyətinin sədri Ahu Mustafayeva ilə onlayn söhbətimiz də məhz dünyanın doiqqətini özünə cəmləyən koronavirus pandemiyasından xilasolmanın yolları barədə oldu.

Həkim bildirdi ki, apardıgı müalicələr altı əsr öncə Azərbaycanın Qarabağ bölgəsində ulularımız tərəfindən həyata kecirilib, yəni sınaqdan uğurla çıxıb: “Sınanılmış və müsbət təsir göstərmiş xalq təbabətinə əsasən, bitki və efir yağlarından, arı məhsullarından hazırladığımız elə məhsullar var ki, akademik təbabətin gücü yetməyən xəstəlikləri də mualicə edir. Onlar Rusiya və qardaş ölkə olan Türkiyədə keçirilmiş beynəlxalq konfranslarda “Qarabağ Xalq Təbabəti” adı ilə iştirak edib və birincilər sırasında yer qazanıb. Həmin beynəlxalq konfranslardan birinin də bu il  may ayının sonlarında İsraildə keçirilməsi nəzərdə tutulan (artıq pandemiyaya görə, əlbəttə, onlayn şəklində) Beynəlxalq Osteopatiya konfransında 25 nəfərlik lektor siyahısında əsas proqramda yer almağım da təsadüfi deyil”. 

Həkim hazırladıgı məhsulun COVİD-19 virusunun yayılmasının qarşısını almağa, hətta ona yoluxanların immun müqavimətinin qısa zamanda bərpa olaraq xəstəliyə qalib gəlməsi üçün mühüm  bir vasitə olacagına varlığı qədər inanır: “Almaniyanın Bonn Universitetinin Virusologiya İnstitutunun alimləri də koronavirusla bağlı maraqlı müşahidə aparıblar. Onların fikrincə, koronavirusa yoluxanların 90 faizi COVİD-19-dan əziyyət çəkən şəxslə yaxın və uzunmüddətli təmasdan qaynaqlandığını öyrəniblər. Həmin institutun direktoru Hendrik Ştreek deyib ki, virusoloqlar 1,4 min yoluxma və 46 ölüm faktının qeydə alındığı Haynsberq şəhərində bir neçə həftə ərzində koronavirusla bağlı araşdırma aparsalar da, əşyalar üzərində canlı virus tapa bilməyiblər. Professor deyib: “Biz qapı dəstəklərindən, telefon və tualetlərdən götürdüyümüz nümunələri laboratoriya şəraitində virusu akitvləşdirə bilmədik”.

Buna görə də institutun əməkdaşları əşyalarla kontakt zamanı virusa yoluxma ehtimalının çox aşağı olması qənaətinə gəliblər. Əsas məsələ insanların bir-birindən sosial məsafə saxlamasıdır: “İnfeksiyanın sürtlə yayılması insanların həmişə bir-biri ilə sıx və uzunmüddətli təmasda olmasına görədir”.

Həkimin sözlərinə görə, bundan əvvəl isə Berlin Universitetinin virusoloqu Kristian Dorsten də eyni qənaətə gəlmişdi. O, virusun quru havaya qarşı çox həssas olduğunu  qeyd etməklə yanaşı, eyni zamanda onu da bildirmişdir ki, əsas yayılma  vasitəsi insanların yaxın  təmasda olması və damcı yoludur.

Daha bir mütəxəssis - rusiyalı epidemioloq Nikolay Brikonun da fikirləri maraq doğurmaya bilməzdi. O da COVID-19-un havada 30 dəqiqə, maksimum 3 saata qədər məhv olduğunu gizlətməmişdi. Və elə buna görə hava yolu ilə kütləvi yoluxma ehtimalının az olduğunu qeyd etmişdi.

Ahu Mustafayeva  vətəndaşı olduğumuz Azərbaycanda koronavirusa qarşı həyata keçirilən qabaqlayıcı tədbirlərin bu mənada çox müsbət təsirini qeyd etdi.  Həkim onu da vurğuladı ki, dünyanın bu gün pandemiya əleyhinə apardıgı mübarizədə dövlətimiz heç bir ölkədən geri qalmayaraq, öz səhiyyə islahatlarını ugurla həyata keçirir: “Ciddi karantin rejiminin tətbiq olunması böyük itkilərin və daha çox yoluxmanın qarşısını alır. Tarixə nəzər salsaq görərik ki, müəyyən illərdə də pandemiya elan olunub. Bu virus da hər zaman rast gəlinəndir. Tədqiqatçıların verdiyi məlumata görə, hazırda COVID-19-un tüğyan etməsinə səbəb onun modifikasiyaya uğrayaraq daha dözümlü formaya keçməsidir. Bu isə bizi bir daha tədbirli olmağa çağırır. Çünki bu gün koronaya qalib gəlib, sabah basqa bir virusla üzləşəcəyimiz də istisna olunmur. Bunu nəzərə alaraq həm özümüzün, həm ətrafımızdakıların psixologiyasını qorumağa kömək edərək xəstəliklərə qalib gəlməyə həmişə hazır olmalıyıq”.

Hazırda dünyanın bütün tədqiqatçıları COVID-19 virusunun peyvəndini axtarır. Təbii ki, peyvəndin hazırlanaraq təcrübi təsdiqi müəyyən vaxt tələb edir. Odur ki, “ən yaxşı müalicə profilaktikadir”,-deyib mümkün variantlardan vaxt itirmədən istifadə etməliyik: “Birincisi, qoyulan qaydalara uyğun,  gigiyenik şərtlərə düzgün rayət etməklə, immun müqavimətini də yetərincə gücləndirməliyik. Məhz ümmun müqaviməti  necə gücləndirmək ücün xalq təbabətinə istinad edərək, ulularımızın türkəçarələrlə apardığı müalicəyə, öz şəxsi təcrübələrimə güvənərək, həm də peşəkar həkim kimi fikirlərimi bölüşməyi özümə borc bilirəm. Nəzərə alaq ki, dünyadakı "azğın" viruslar əleyhinə istifadə edilən peyvəndlərin böyük əksəriyyəti təbiidir. COVID-19-un təbii olaraq modifikasiyaya uğradıgı təsdiqlənibsə, demək, bu virusun müalicəsi də təbiətdə var. Təbiətdən gələn bəlanı elə təbiət özü təmizləyə bilər.

Dünyanın dörd-bir yanında tanınmış məşhur alimlər, həkimlər, hətta əczaçılar belə koronavirusa qalib gəlməyin yollarını axtarırlar.Turkiyə dövlət səhiyyəsinin rəsmi saytı olan “COVID-19. TUBİTAK.QOV.TR” müvafiq tədqiqatçılardan, hətta tələbələrdən belə hansısa dərman, məlhəm, dezinfeksiya maddəsini hazırlamaqları ilə ciddi maarqlanır və bununla bağlı araşdırma mərkəzınə müraciət etmələrini istəyir. Peşəkar həkim kimi xalq təbabətinə əsaslanaraq hazırladığım iki məhsulu vaksin tapılanadək təklif etməyi özümə borc bilirəm. Hər ikisi də 100 faiz təbiidir. Arı məhsulları, dərman bitkiləri, efir yağlarından ibarət olan həmin məhsullar yüksək müqavimət yaradır. Onların inqridiyentləri ayrı-ayrılıqda virus, infeksiya, bakteriya əleyhinə istifadə olunduğu müxtəlif elmi mənbələrdə təsdiqlənib. Bu məhsulların  nə qədər əhəmiyyətli olduğuna güvənirəm, cünki ıllərin təcrübəsindən uğurla cıxıb”.

Nəhayət, yekun olaraq, deyə bilərik ki, dünya alimləri ilə yanaşı, azərbaycanlı həkimlər də bu “gözəgörünməz” bəlaya “Qarabağ Xalq Təbabəti” ilə qalib gəlmək haqqında  maraqlı fikir söyləyirlər: koronavirusdan qorxmaq yox, ondan qorunmaq lazımdır. 


Məhəmməd NƏRİMANOĞLU


Dalidag.az


Kateqoriya: Karusel / Sosium
Tarix: 04-05-2020 20:30
Baxış sayı: 4601
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını