DİQQƏT! Bunu edən şəxslərin adları icazə sistemindən silinəcək

10-04-2020 10:28


Azərbaycanda bəzi şəxslərin adları icazə sistemindən silinəcək.

Dalidag.az xezerxeber.az-a istinadla xəbər verir ki, bunu Elektron Hökumətin İnkişafı Mərkəzinin departament müdiri Soltan Bayramov edib.
O bildirib ki, bu cür addım vəziyyətdən sui-istifadə edənlərin aşkarlanması məqsədilə atılır. Qurum rəsmisi vurğulayıb ki, işəgötürənlə icazə alınmış əməkdaş arasında heç bir əmək və xidməti müqavilə yoxdursa, həmin şəxslərin adlarının siyahıdan silinməsi tövsiyə edilir.
Ona görə də hüquqi və fiziki şəxslər işə çıxması zəruri olan əməkdaşlarının siyahısını müəyyən etməli və xüsusi karantin rejimi dövründə həmin əməkdaşların işə cəlb olunmasına çalışmalıdırlar.
Soltan Bayramov vurğulayıb ki, bu gündən etibarən həmin şəxslərin adları icazə siyahısından silinəcək və bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat veriləcək. SMS sistemindəki son vəziyyətə də toxunan qurum rəsmisi bildirib ki, orada bir sıra yeniliklər edilib.
Çağrı mərkəzinə edilən və sosial şəbəkə hesablarına ünvanlanan müraciətlər arasında ən çoxu vətəndaşlara göndərilən SMS-lərdə təsdiq ifadəsinin daha qabarıq ifadə olunmaması idi. Bu məsələ də öz həllini tapıb.
Sistem üzərində isə zəruri yeniləmələr davam etdiriləcək.

Dalidag.az


Kateqoriya: Karusel / Sosium
Tarix: 10-04-2020 10:28
Baxış sayı: 6412
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını