İsgəndər Həmidovun vəfatından 40 gün ötdü

05-04-2020 19:47
Bu gün sabiq Daxili İşlər naziri, general-leytenant, Milli Azadlıq Hərəkatının liderlərindən biri olan İsgəndər Həmidovun vəfatından 40 gün ötdü.
Dalidag.az xatırladır ki, İsgəndər Həmidov 2019-cu il may ayının 20-də səhhəti ilə bağlı Türkiyəyə aparılmış, orda bir müddət müalicə aldıqdan sonra Azərbaycana qayıtmışdı. 2020-ci il yanvarın 24-də İ.Həmidovun halı qəfil pisləşmiş və Bakıda "City Hospital"a yerləşdirilmişdi. Orda 3 gün intensiv müalicə aldıqdan sonra vəziyyəti nisbətən yaxşılaşmışdı. İ.Həmidova ilkin olaraq "aorto-koronar şuntlama əməliyyatından sonrakı vəziyyət, beyin qan dövranının pozulması, ikitərəfli pnevmoniya ilə ağırlaşmış kəskin respirator, "septik şok" diaqnozu qoyulmuşdu. Sonrakı müayinə və müalicə tədbirləri üçün o, Mərkəzi Klinik Xəstəxanaya (MKX) köçürülmüşdü. 2020-ci il fevralın 4-də komaya düşərək, süni ventilyasiya aparatına qoşulmuş, fevralın 26-da uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.

Qeyd edək ki, İsgəndər Həmidov 1948-ci il aprel ayının 10-da Kəlbəcər rayonunda anadan olub.1988-ci ildə başlanan Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən biri idi. 1990-cı ildən 1995-ci ilə qədər parlamentin, 1991-ci ildə Azərbaycan Xalq Cəbhəsinin üzvü olub. 1992-ci ildə Ağdərədə gedən döyüşlərdə, minanın partlaması nəticəsində, kürəyindən qəlpə yarası alıb.1992-ci il mayın 16-dan 1993-cü il aprelin 16-a qədər Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsində çalışıb. Azərbaycan Xalq Hərəkatının (AXH) qurucularındandır.

Allah rəhmət eləsin!
Dalidag.az


Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 05-04-2020 19:47
Baxış sayı: 4968
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını