Prezident İlham Əliyev İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısına töhmət elan edilməsi haqqında sərəncam imzalayıb. Dalidag.az xəbər verir ki, sərəncamla İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edilib. Dalidag.az

Ş irkətin qapısından içəri iti addımlarla girdi. İşə gecikmişdi. Kabinetinə daxil olan kimi ilk soruşduğu: – Məni soruşan olmayıb ki? – sualı oldu. İşçi cavab verənədək keçib stolunda əyləşdi. – Bir nəfər yaşlı qadın gəlmişdi. – Kim olduğunu söyləmədi? – Nəsə xahiş edəcəkdi. Dedi ki, tələbəsi olmusunuz. “Tələbəm olub”/ Öz-özünə təkrar etdi. – Kim ola bilər ki? – Sizə nəsə lazımdır, Zümrüd xanım? – Yox, gedə bilərsən. İşçi otaqdan çıxandan sonra başını kresloya söykəyib gözlərini yumdu. Elə bil

Aprelin 22-də Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsində şəhid olmuş Allahverdi Bağırovun anadan olmasının 74 ili tamam olur. Erməni silahlılarına qarşı ilk özünümüdafiə dəstələrini yaradan və ona rəhbərlik edən Bağırov həm də Qarabağ müqavimətinin simvolu idi. Allahverdi Bağırovun Ağdamın müdafiəsinin təşkilindəki rolu, Xocalı hadisələri zamanı əsirləri azad etdirməsi onun bilinən qəhrəmanlıqlarıdır. Şəhid komandirin adının unudulmaması üçün doğum günündə bir daha yad etməyə qərar

Çində ortaya çıxan və dünyaya yayılan yeni növ koronavirusun mərkəzi halına gələn ABŞ-da Məhəmməd Peyğəmbərin yoluxucu xəstəliklərlə bağlı hədisi yayımlanıb. Dalidag.az xəbər verir ki, İslam dininin Peyğəmbərinin hədislərinə ABŞ-ın Çikaqo ştatındakı reklam panellərində rast gəlinib. Reklam şitlərində Peyğəmbərin “Bir yerdə vəba və ya bənzər hər hansı bir yoluxucu xəstəlik olduğunu eşitdiyiniz zaman, o yerə daxil olmayın. Olduğunuz yerdə belə yoluxdurucu xəstəlik varsa, oradan da çıxıb qaçmayın”

1981-ci il, 20 aprel... Həyatımın ən ağır günlərindən biri deyə bilərəm. Heç unutmadım. Sədrin qəbul otağına girdim, gördüm Elmira ağlayır. Nə üçün ağladığını soruşmağa qorxdum, hər an bəd xəbər gözləyirdim. Özü dilləndi: "İmran müəllim rəhmətə gedib". İnsan doğmasını itirəndə necə olur? Mən də elə oldum. Dünya başıma dolandı və qulaqlarımda öz səsim səslənirdi:"Yazıları yarımçıq qaldı. Yazılarını kim yazacaq..." İmran müəllimin özünə heyfim gəldiyi qədər, yaza bilmədiklərinə də heyfim

Kəlbəcər şairlər yurdudur. Bəlkə təkrar ifadədi, bəlkə də fərdi yanaşmadı. Ancaq bu bir həqiqətdir. Çölü-çəməni, gülü-çiçəyi, arısı-kəpənəyi... şeir olan bir torpağın "Şairlər yurdu" adlandırılması niyə qəbahət olsun ki?!! Heç bir titula, heç bir əlavə sözə ehtiyacı olmayan Sücaət adlı sərvəti, böyük şairi var Kəlbəcərin. O Sücaət ki, heç harda dərc olunmayanda belə, şeirləri dillər əzbəri idi. Sağlığında el şairi, elin şairi ucalığını qazanmış Sücaət bu gün də sevilir, anılır və oxunur. Onun

“Hazırda biz ali və orta ixtisas təhsili müəssisələrinə buraxılış və qəbul imtahanının tarixi barədə heç nə deyə bilmərik. Çünki imtahanların tarixi Nazirlər Kabineti yanında operativ qərargahın qərarından asılıdır”. Dalidag.az -ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Nigar Hüseynova AZTV-nin efirində deyib. Onun sözlərinə görə, xüsusi karantin rejimi bitdikdən sonra DİM tərəfindən ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun, qəbul və buraxılış

Dalidag.az jurnalist, ssenarist, kino redaktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi Müsəllim Həsənovun "Şoloxov SSRİ-nin “baş çekisti”nin arvadını necə yoldan çıxarmışdı?" adlı yazısını təqdim edir. Məşhur sovet yazıçısı Mixail Şoloxovun qəribə və enişli-yoxuşlu həyat yolu barədə çox yazılıb. Stalin repressiyalarının tüğyan etdiyi 1938-ci ildə bu repressiyaların başında dayanan SSRİ Xalq Daxili İşlər komissarı – “NKVD” naziri Nikolay Yejovun arvadı ilə eşq macərası yaşaması da bu

Hazırda mənə ünvanlan suallar arasında "müraciət etmişik, amma 190 manat haqqında SMS gəlməyib" sorğusu üstünlük təşkil edir. Dalidag.az xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu sosial şəbəkə hesbında bildirib. Əgər siz işisz kimi qeydiyyat üçün müraciət etmisinszə, bundan sonra müraciət edən şəxs işaxtaran kimi qeydiyyata alınır və bu barədə məlumat işaxtaranın elektron kabinetində yerləşdirilir və mobil nömrəsinə SMS göndərilir ki, "siz MAS-da iş axratan kimi qediyyata alınmısınız.

Hər misrasında Kəlbəcər göynəyi, hər yazısında yurd həsrəti... Qürbət elin soyuqluğuna isinə bilmir ürəyi, ruhu Kəlbəcərsizlik ağrısıyla inləyir. İkiqat həsrətini ovuda biləcək Qələbə sorağındadı ürəyi , xəyal-xəyal dolaşır göylərin dua məqamında. Ağrılarını sözə çəkir, misralara sərir, bənd-bənd təsəlli edir özünə. Kövrək qəlblidi, səmimiyyətin gözyaşardıcı ucalıq məqamındadı böyüklüyü ilə. Qürbətdə keçirdiyi neçənci doğum günüdü bilmirəm, ancaq 27 ildi Kəlbəcərsizdi... Bu gün könlünü sözə
Yazı axını