Mətbuat Şurasının (MŞ) Nazirlər Kabineti yanında Operativ Qərargahla apardığı müzakirələr nəticəsində əmək müqaviləsi olmayan, xidməti müqavilə ilə frilans kimi çalışan jurnalistlərin sərbəst fəaliyyətlərinə icazə verilməsi barədə razılıq əldə edilib. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, şuraya bununla bağlı müraciət edən kütləvi informasiya vasitələri və jurnalistlərin siyahısı Operativ Qərargaha təqdim olunub. Bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah

“Xüsusi karantin rejimi dövründə şagirdlərin biliklərinin qiymətləndirilməsi məsələsinə fərdi yanaşma olmalıdır. Təbii ki, teledərslər vasitəsilə tədrisin 100 faiz mənimsənilməsi mümkün deyil. Burada söhbət müəyyən səviyyədən gedə bilər”. Dalidag.az xəbər verir ki, bunu Təhsil nazirinin müavini İdris İsayev deyib. O dərslərin nə vaxt başlanması ilə bağlı bildirib ki, hazırda koronavirus pandemiyasının nə qədər davam edəcəyini proqnozlaşdırmaq mümkün deyil: “Təbii ki, müəyyən müddətdən sonra

“Təhsil haqqını ödəməkdən azad olmaq hüququ hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlara verilir”. Dalidag.az xəbər verir ki, bu fikirləri iqtisadçı alim Qubad İbadoğlu səsləndirib. O kimlərin bu güzəştən yararlana bilməyəcəyinə aydınlıq gətirib. “Nazirlər Kabineti sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə 13 aprel

Bir neçə gündür müraciət etmişəm amma mənə sms gəlməyib. Bəlkə işsiz kimi qeydiyyata alınmamışam? Görəsən mənə pulu nəvaxt ödəyəcəklər? İşsizliklə bağlı müraciət edən və 190 manat almaq istəyən hər bir şəxsi bu suallar narahat edir. İnsanlar yalnız birdəfəlik ödəmə alan şəxslərə sms-lərin göndərildiyini düşünürlər. İşsiz kimi müraciət edən şəxslər qeydiyyata düşdükdən neçə müddət sonra birdəfəlik ödəmə alacaq? Kimlərə sms məlumatlandırma göndərilir? Məsələnin əslini bizdən öyrənəcəksiz. İstər

"Kəlbəcərə Qayıdış" İçtimai Birliyi iş adamı, xeyriyyəçi, ictimai xadim Mübariz Mənsimovun həbsi ilə əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət göndərib. Dalidag.az bildirir ki, məlumatına görə müraciətdə deyilir: “Azərbaycan əsilli iş adamı, "Palmali" Şirkətlər Qrupunun sahibi, vətənpərvər insan, ictimai xadim Mübariz Mənsimovun Türkiyədə həbs olunması ilə bağlı narahatçılığımızı Sizə çatdırmağı özümüzə borc bilirik. M.Mənsimov illərdi Türkiyədə çalışır, Türkiyənin

Ukrayna ərazisini əhatə Dəşti Qıpçaqdan uzaq Şərqə qədər bütün Rusiya və Ukrayna ərazisi qədim türk yurdudur və ruslar daha sonrakı yüzilliklərdə bu bölgələrə gəlməyə başlayıblar. Coğrafi və tarixi anlamda türklərlə uzun əsrlər boyu münasibətdə olan ruslar istər dövlətçilik, istər ordu quruculuğu, istərsə də mədəniyyət baxımından türklərdən çox yararlanmışdılar. Ona görə də bu münasibətlər dünya tarixçilərinin diqqətindən qaçmır, üzərində çalışdıqları məqamlarda daim yeniliklər əldə edirlər. Bu

“Koronavirus sanki kabus kimi bir tərəfdən insanlığı sınağa çəkir, digər tərəfdən də postpandemik dövrün potensial problemləri ilə onu təhdid edir. Elmə məlumdur ki, hava-damcı yolu ilə yayılan respirator infeksiyaların bir sikli var. Hər bir yeni yoluxma virusun mutasiyaya uğramış, nisbətən dəyişilmiş yeni serovarı ilə baş tutur. Bu proses uzun müddət davam edə bilməz, hətta heç bir tədbir görülməsə belə! Sadəcə tədbirlər itkiləri azaltmağa və pandemiyanı vaxtında söndürməyə hesablanıb. Yay

İran COVİD-19 pandemiyasının bioloji müharibə vasitəsi ola biləcəyini araşdırır. Dalidag.az xəbər verir ki, bu sözləri İran Baş Qərargahının səhiyyə şöbəsinin müdiri Həsən Əraqizadə deyib. Onun sözlərinə görə, İranın tədqiqat mərkəzləri dünyanın digər ölkələri kimi, bu mövzuda araşdırma aparır, lakin konkret bir nəticə üçün daha çox vaxt və səy tələb olunur.teleqraf.com Dalidag.az

Bütün dünyanın tanıdığı ukraynalı alim, akademik, ürək cərrahı Nikolay Amosov 90 il yaşamış və öz timsalında sübut edib ki, qocalıq prosesini gecikdirmək mümkündür. Bir çox elmi əsərlərin müəllifi və RON sağlamlaşdırma metodologiyasının («Məhdudiyyətlər və yüklər rejimi») yaradıcısı ömrü uzatmaq, eyni zamanda aydın düşüncəni qorumaq üçün bir çox üsul təklif edib. Nikolay Amosov qidalanma sisteminə və fiziki aktivliyə böyük əhəmiyyət verirdi. O, hesab edirdi ki, bu iki əsas amil olmadan insan

Rusiyanın Moskva şəhərində azərbaycanlı ailənin qadın üzvü koronavirusun qurbanı oldu Dəlidağ.az xəbər verir ki, əslən Kəlbəcərin Zülfüqarlı kəndindən olan, Moskvada yaşayan Akif Əsgərov, onun həyat yoldaşı və oğlu koronavirusa yoluxub. Evin xanımı Gültəkin Əsgərova dünən dünyasını dəyişib. Akif Əsgərov özü reanimasiyada, oğlu Anar isə həkim nəzarətindədi. Moskvada yaşayan həmyerlilərimizdən əldə etdiyimiz məlumata görə, Akif Əsgərovun oğlu Anar həkimdi və Moskvada xəstəxanaların birində
Yazı axını