Kəlbəcər rayonundan seçilmiş Milli Məclisin deputatı Aqil Məmmədov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı vəzifəsini müvəqqəti icra edən Eldəniz Mehtiyev koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkədə tətbiq edilən “sosial izolyasiya” tədbirlərinə riayət etmək şərti ilə qəzalı vəziyyətdə olan Şəmkir rayon 107 saylı Texniki Peşə məktəbində məskunlaşmış kəlbəcərli məcburi köçkünlərin istəyi ilə adı çəkilən ünvanda olublar. Dalidag.az xəbər verir ki, köçkünlər məskunlaşdıqları

Qarabağ təkcə Azərbaycanın deyil, ümumiyyətlə, dünyanın ən qədim tarixə malik olan diyarlarındandır. Bu ərazidəki Azıx mağarasında ən qədim insanların yaşayış məskəni aşkar edilmişdir. Bu yaşayış məskəni Azərbaycanın, o cümlədən Qarabağın, Aralıq dənizi hövzəsi və Şərqi Afrika ilə birlikdə insanlığın ilk vətənlərindən biri olduğunu sübut edir. 1968-ci ildə Azıx mağarasının aşöl təbəqəsindən Azıx adamı - azıxantrop adlandırılan insanın çənə sümüyü tapılmışdır. Azıx adamının 350-400 min il əvvəl

Dünən gecə saatlarından bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən smart-kartlara ödəniş terminallarında əlavə 10 manat vəsaitin hədiyyə edilməsi ilə bağlı yanlış məlumatlar paylaşılıb, səs yazıları, elanlar verilib. “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən verilən məlumata görə, bununla da insanların kütləvi aldadılması halları aşkarlanıb. “Azəriqaz” İstehsalat Birliyi olaraq bəyan edirik ki, belə məlumatlara aldanmayın və aşağıdakı şərhimizə diqqətlə yanaşın.

Aprelin 27-si, saat 00:00-dan etibarən Azərbaycanda əksər iş və xidmət sahələrində fəaliyyət bərpa olunur. Dalidag.az onların siyahısını təqdim edir: 1) "ASAN Xidmət" mərkəzlərində vətəndaşların qəbulu ASAN mobil tətbiqi, internet saytı və çağrı mərkəzləri vasitəsilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlayır. 2) Aşağıda qeyd edilən iş və xidmət sahələrində fəaliyyət bərpa olunur: ● fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla) ● kitab satışı ●

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub. Dalidag.az -ın Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx kəndi yaxınlığında, həmçinin Goranboy
Yazı axını