Koronavirus pandemiyasının ölkəmizin ərazisində geniş yayılmasının qarşısının alınması üçün tətbiq edilən karantin rejimində əhalinin həssas qrupları, o cümlədən məcburi köçkünlər maddi dəstəyə ehtiyac duyurlar. Bu sahədə dövlətimizin müəyyənləşdirdiyi tədbirlərlə yanaşı, ayrı-ayrı qurumlar tərəfindən də sosial aksiyalar həyata keçirilir. Aprelin 15-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və “Azərişıq” ASC tərəfindən Bakı şəhərindəki məcburi köçkün tənha şəxslərə və

"May ayının 10-u ilk dərs günü ola bilər". Dalidag.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov karantin rejimindən sonra orta məktəblərdə dərslərin başlanmasından danışarkən deyib. Onun sözlərinə görə, son günlər koronavirusa yoluxanların sayında ölkəmizdə azalma müşahidə olunur: "Martın 3-dən etibarən bütün təhsil müəssisələrində tədris prosesi dayanıb və qüvvədə olan qərara görə, aprelin 20-də ilk dərs günüdür. Amma aprelin 20-nə saat 00:00-a qədər ölkə

Aldandıq tamahın “bal nəfəsi”nə, Yaxşıca alınıb köpümüz indi... Biz qulaq asmadıq Haqqın səsinə, Şeytan əlindədi ipimiz indi... Dalidag.az şair, filologiya elmlər doktoru, professor Rafiq Yusifoğlunun günümüzlə səsləşən yeni şeirlərini təqdim edir: TANRININ QARĞIŞI TUTUB BƏŞƏRİ Bizim dünyamızda nə çox cihaz var? Qorxunc sıldırımın ucundayıq biz. Düşmür əlimizdən mobil cihazlar, Bilmirik kimlərin ovcundayıq biz... Günahsız fağırın gözü dağlanıb, Səsimiz çıxmayıb, daşa dönmüşük. Biz də ayağına

Kiçik və fərdi sahibkarlar, muzdlu işçilər yardım almaq üçün hara və necə müraciət etməli? İqtisadiyyat Naziri deyib ki, "dövlətdən dəstək alan vergi ödəyiciləri üzrə muzdlu işçilərin sayı 124 min 510 nəfərdir. Bu məqsədlə nəzərdə tutulan vəsaitin məbləği 16 milyon 890 min manat təşkil edir. Faktiki olaraq dünən axşama artıq ödəniş edilmiş vergiödəyicilərinin sayı 2 636 vergiödəyicisi olmaqla, həmin vergiödəyiciləri üzrə muzdlu işçilərin sayı 24 min 463 nəfərdir". Burdan çıxan qənaət edir ki,

Məlumdur ki, hal-hazırda bütün dünyada tüğyan edən koronovirus dalğası Azərbaycandan da yan ötməyib. Dalidag.az bildirir ki, ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində aztəminatlı ailələrin sosial müdafiəsi diqqətdə saxlanılır. Prezident İlham Əliyevin problemlə bağlı çağırışından sonra bütün dövlət orqanları bu işə səfərbər olunub. Xüsusi karantin rejimi müddətində istər dövlət, istərsə də ayrı-ayrı təşkilatlar tərəfindən aztəminatlı ailələrə yardım göstərilir.
Yazı axını