Dövlət Komitəsində videoqəbullar davam etdirilir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi öz funksional fəaliyyətini ölkəmizin ərazisində koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşını almaq məqsədilə həyata keçirilən dövlət tədbirləri çərçivəsində, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi tələb və qaydalara uyğun olaraq yerinə yetirir. Komitə sədri Rövşən Rzayev aprelin 7-də növbəti videoqəbul keçirərək, əvvəlcədən növbəlilik

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsizlər üçün nəzərdə tutulan 190 manatla bağlı daha bir açıqlama yayıb. Məlumatda bildirilir ki, son iki gündə 190 manat məbləğində birdəfəlik ödəməni almaq məqsədilə işsiz kimi qeydiyyata alınmaq üçün vətəndaşlar tərəfindən elektron sistemə daxil olan müraciətlərin təhlilinin nəticələrinə əsasən, bir çox hallarda bu müraciətlər qanunvericiliklə işsiz statusuna uyğun olmayanlar (hətta faktiki iş yeri, qazancı olanlar) tərəfindən edilir. Bununla

İstədim susam, olmadı. Həmkarım dövlətdən kömək umanları qınayıb onları anlamaz adlandırdı. Müharibə zamanı heç kəsin heç kəsə pul vermədiyini, heç kəsin pul istəməli olmadığını dedi. Əziz həmkar, bəs müharibə zamanı rüşvət almaq olar? Torpağını işğal etmiş xalqa "onlar bizim düşmənimiz deyil" demək, heç olmasa "sadə xalq" ifadəsi ilə nəfəs yeri qoymaq olmazmı? Bu işğalçı xalqın ocağını isitmək üçün ona pulsuz-parasız yanacaq vermək olarmı? Müharibə şəraitində yaşayan ölkədə məmurlar

Kəlbəcərin işğalından bir il öncə erməni silahlı birləşmələri tərəfindən törədilmiş Ağdaban faciəsi Ermənistanın Azərbaycana təcavüzünün ən qanlı səhifələrindən biridir. Dalidag.az xatırladır ki,1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı birləşmələri Dağlıq Qarabağdakı separatçı erməni quldur dəstələrinin köməyilə Ağdaban və Çayqovuşan kəndlərinə hücum etdilər. Hücumdan xəbərsiz olan kənd əhalisi başıaçıq-ayaqyalın qarla örtülü meşələrə, dağlara dağıldı. Kəndləri müdafiə edən
Yazı axını