Bu gün sabiq Daxili İşlər naziri, general-leytenant, Milli Azadlıq Hərəkatının liderlərindən biri olan İsgəndər Həmidovun vəfatından 40 gün ötdü. Dalidag.az xatırladır ki, İsgəndər Həmidov 2019-cu il may ayının 20-də səhhəti ilə bağlı Türkiyəyə aparılmış, orda bir müddət müalicə aldıqdan sonra Azərbaycana qayıtmışdı. 2020-ci il yanvarın 24-də İ.Həmidovun halı qəfil pisləşmiş və Bakıda "City Hospital"a yerləşdirilmişdi. Orda 3 gün intensiv müalicə aldıqdan sonra vəziyyəti nisbətən yaxşılaşmışdı.

X-XI əsrlərdə Şərqdə yaşayan alim, filosof, riyaziyyatçı, həkim İbn Sina (Avropada onu Avisenna adlandırırlar) bütün dünyada tanınır. İbn Sinanın bəzi tibbi araşdırmaları, sağlamlığın qorunması haqqında fikirləri bu günə qədər öz aktuallığını itirməyib. Dalidag.az həmin fikirlərdən bəzilərini təqdim edir: 1. Öz elmi işlərində İbn Sina bədəni və ruhu harmoniyada saxlamağının vacibliyini vurğulayırdı. 2. İbn Sina fiziki hərəkətliliyi çox vacib hesab edirdi — "Hərəkətdə olan bədən müalicə tələb

Xəbər verdiyimiz kimi, bu gün saat 00:00-dan etibarən Azərbaycanda Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə hərəkət məhdudlaşdırılıb. Vətəndaşlar yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir. Dalidag.az xəbər verir ki, artıq bu xidmətdən istifadə edən vətəndaşlar

Ağa Musa Nağıyev Azərbaycanın məşhur milyonçularından biridir. Dalidag.az Ağa Musa Nağıyevlə bağlı 11 faktı təqdim edir: 1. Sonralar məşhur milyonçuya çevrilən Musa Nağıyev saman satan kişinin övladı olub. 2. İbtidai təhsilini kənd mollaxanasında aldıqdan sonra 25 yaşınadək kənddə atasına kömək edib. 25 yaşına çatanda atası ölüb. Öləndə atasının 300 manat borcu qalıb. Ruhdan düşməyən Musa 200 manat da borc eləyib, özünə kiçik bir dükan açıb. Beləliklə cibində bir qəpik olmadan 500 manat borcla

Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Qeyd olunub ki, 4 aprel tarixində saat 22:20-dən 23:05-dək Qazax rayonunun Abbasbəyli kəndi, habelə Fərəhli və Məzəm kəndlərinə gedən magistral yolda hərəkət edən hərbi və mülki nəqliyyat vasitələri Ermənistanın İcevan rayonunun Berkaber kəndi yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı pulemyotlardan
Yazı axını