“Azərbaycan Dəmir Yolları” QSC neft və neft məhsulları, qida məhsulları, tikinti materialları və digər yüklərin müntəzəm daşınmasını təmin edir. Dalidag.az xəbər verir ki, bu barədə qurumdan bildirilib. Məlumatda qeyd olunur ki, koronavirusun yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidmətinin dezinfektorları ölkə ərazisinə daxil olan yük qatarlarında qabaqlayıcı tədbirlər həyata keçirirlər. “Abşeron dairəvi dəmir yolu xətti ilə

İlk dəfə Kəlbəcərə 6 yaşımda yaylağa getmişəm. Bumbuz sular, başını çən almış dağlar. Qayalar, daşlar… Çadırımızın yanından balaca çay axırdı. Yuxudan duran kimi nənəm bizi çaya çimməyə göndərirdi. Çimib gəlib isti çaydan içib, bal, yağ, pendir yeyib qızışardıq. Bir az aralıda iri qaya kimi daşlar vardı, heyvanlara oxşayırdı. Gedib ona çıxardıq. Nənəm qoymurdu uzağa getməyə. Deyirdi: “Azarsınız. Oralarda ayı var”. Yadıma gəlir çobanlar bir dəfə ayı vurmuşdular. Dağların döşü cürbəcür çiçəklərlə

Yaşı 65-dən yuxarı olan şəxslərin öz yaşayış yerini tərk etməsi məhdudiyyəti hazırda da var. Onlar icazə SMS-i alsalar belə, evdən çıxa bilməzlər. Aprelin 20-dək müvafiq qurumlar tərəfindən onların hərəkəti müəyyən edilərsə, bu, karantin rejiminin pozulması halı kimi nəzərə alınacaq. Dalidag.az xəbər verir ki, bunu Azərbaycana Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov deyib. Onun sözlərinə görə, belə

O nu tənbeh etmək üçün qohum-qonşu öz növbəsini gözləyirdi. Rəhman öyüd-nəsihətlərdən bezmişdi. Nə qədər desə də “evlənmirəm, əl çəkin” yenə də onu rahat buraxmırdılar. Ərincək olduğundan kəndin sakinləri evlənmək istəmədiyini də tənbəlliyinə yozurdular. Elə bilirdilər hər gün onu danlasalar başına ağıl qoya bilərlər. Bu gün də onu yola gətirmək üçün növbə kəndin ağsaqqalı Abbas kişiyə çatdı. O da öhdəsinə düşən vəzifəsindən məmnun halda Rəhmanın yaşadığı balaca yarıqaranlıq evə gəldi. Qapını

Cənubi Amerika ölkəsi olan Peruda qəribə koronavirus qadağası tətbiq edilib. “HaberGlobal” məlumat verir ki, ölkədə virusun yayılmasının qarşısını almaq məqsədilə qadınlar və kişilər fərqli günlərdə evdən çıxa biləcəklər. Perunun dövlət başçısı Martin Vizkarra açıqlama verərək, kişilərin bazar ertəsi, çərşənbə, cümə günləri, qadınların isə çərşənbə axşamı, cümə axşamı və şənbə günləri çölə çıxa biləcəklərini deyib. Qaydanın aprelin 12-dək davam edəcəyi bildirilib. İnsanlar yalnız bank, aptek və

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-iqtisadi həyatına göstərdiyi təsirlər artıb. Yaranmış vəziyyətə Azərbaycan hökuməti çevik reaksiya verərək MDB və region ölkələri arasında ən böyük iqtisadi dəstək proqramını hazırlayıb. Ümumilikdə 10 proqramın maliyyə həcmi 2,5 milyard manatdır. Bu da ümumi daxili məhsulun 3 faizini təşkil edir. Dalidag.az xəbər verir ki, Dövlət dəstəyinin göstərilməsi üçün 10 proqram hazırlanıb. Birinci və əhatəli olan proqram 304

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx,
Yazı axını