İnsan Vətəni, doğulduğu yurd yeri ilə bütün olur, tam olur. Kim olursa olsun, harda olursa olsun, vətəndəki qədər özü ola bilmir insan. İndi əl çatmayan o qədər yurd yerlərimiz var ki, bürünüb həsrətinə için-için göynəyirik.Təqvimdə ağrı adlı aylar, günlər sıralanır, ildönümlər, anımlar utancverici qara rəngiylə ömrümüzdən ömür alır. Torpağın oyandığı, təbiətin bir özgə gözəlliyə qucaq açdığı baharın gəlişi baxışı yollar çəkən, üzü dağlara adamların- məcburi köçkün adıyla kiçilən yurd aclarının

Bakı polisi və Daxili Qoşunların hərbi qulluqçuları paytaxtda koronavirusun yayılmasının qarşısını almaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarının icrası ilə bağlı reyd keçirib. Dalidag.az xəbər verir ki, paytaxtın Nəsimi, Səbail, Yasamal və digər rayonlarında keçirilən reyd zamanı ictimai yerlərdə gəzən vətəndaşlarla fərdi söhbət aparılıb. Tibbi əlcək və maska taxmayanlara şifahi xəbərdarlıq edilib. Karantin qaydalarını pozan bir neçə nəfər inzibati formada cərimə

“Bu gün sosial şəbəkələrdə Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən guya dərslərin sentyabrın 15-dək təxirə salınması ilə bağlı yayılan xəbər yanlışdır”. Dalidag.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib. Onun sözlərinə görə, bu cür yanlış xəbərlərin yayılması cinayət tərkibi yaradır: “Rəsmi qurumların xəbərlərinə istinad edin, doğrusunu bizimlə bölüşün”. Dalidag.az

Təhsil Nazirliyi tərəfindən təlim-tədris prosesinin məsafədən təşkili məqsədilə ali və orta ixtisas təhsil pillələri üzrə “Microsoft Teams” platformasından ödənişsiz istifadə imkanı yaradılıb. Təhsil Nazirliyindən verilən məlumata görə, platformadan istifadə üzrə müəllim və tələbələr üçün video-təlimatlar hazırlanaraq video dərslər (video.edu.az) portalında yerləşdirilib. Təhsil müəssisələri sözügedən platforma vasitəsilə videobağlantı imkanı əldə edərək məsafədən təhsil vermək, müəllim-tələbə

Bütün ağrılara bir təsəlli, bir məlhəm tapmaq olar bəlkə də. Bütün itkilərin bir ovunmaq nöqtəsi, əvəzlənməsi mümkün olmasa da, bir tutunma səbəbi olar. Bir tək torpaq ağrısı, yurd-yuva itkisi heç bir təsəlliylə ovunmaz, heç bir məlhəm sağaltmaz bu yaranı. Tez-tez düşündüyüm, özümə sual verdiyim bir məqam var. Əslən işğal olunmuş torpaqlardan olub, hansısa səbəbdən ölkədən xaricdə yaşamaq məcburiyyətində qalan soydaşlarımızın yurd ağrısı nə rəngdədi? Görəsən qürbətdə yaşayanlar daha çox

Bu gündən etibarən dərman şirkətləri və depoları aptekləri həftədə üç dəfə mal ilə təmin edəcəklər. Dalidag.az -ın əldə etdiyi məlumata görə, hər gün apteklərə dərman verən şirkətlər artıq bu qrafiklə işləməyə başlayıblar. Buna səbəb həmin şirkətlərin karantinə görə işçilərinin bir qismini məzuniyyətə göndərməsidir. Hazırkı iş qrafikinin nə qədər davam edəcəyi məlum deyil. Dalidag.az

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub. Dalidag.az xəbər verir ki, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Məzəm, Qızılhacılı, Cəfərli kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə
Yazı axını