Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqa­mətində müdafiə və mühafizəsini həyata keçirən mövqelərimizə qarşı düşmən tərəfinin təxri­batları davam edir. Dalidag.az xəbər verir ki, DSX-dən verilən məlumata görə, 2020-ci ilin 5 mart tarixində saat 19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhə­dindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulub. Düşmən snayperi tərəfin­dən açılan atəş nəticəsində Qazax rayonunun

Avropada yayılan və qarşısı alına bilinməyən koronavirusdan qorxan ingiltərəlilər qorunmaq üçün başlarına müxtəlif əşyalar keçiriblər. İngilislər koronavirusdan qorunmaq üçün müxtəlif yollar axtarırlar. Metroya minən bir neçə nəfər əleyhqaz və ağır qaz maskaları ilə görüntülənib. Digər bir qadın isə sərnişinlərin çox olduğu avtobusda başına plastik vedrə keçirib. Başına böyük market selofanı keçirən kişi isə digər sərnişinləri təəccübləndirib. Vanderbilt universitetinin həkimi Mark Denison

Bu gün rejissor, aktyor Ceyhun Mirzəyevin anım günüdür. Dalidag.az kulis.az-a istinadən rejissor haqqında maraqlı faktları təqdim edir: Ceyhun Mirzəyev 9 aprel 1946-cı ildə Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Atası Cəmil kişinin ikinci evliliyindən dünyaya gəlib. Onun üç yaşı olanda atası dünyasını dəyişib. Rejissor Tofiq Tağızadə “Görüş” filmi üçün uşaq axtaranda Ceyhungilin məktəbinə gəlir və Ceyhun onun gözündən yayınmır. 9 yaşlı Ceyhun 1955-ci ildə ilk dəfə “Görüş” filmində

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 2020-ci il fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərin nəticələrini təsdiq edib. Dalidag.az bildirir ki, Plenumun iclasında Milli Məclisə seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsinə dair yekun qərar qəbul olunub. Nəticələrə əsasən 125 seçki dairəsinin 121-dən Milli Məclisə deputat seçilib. VI çağırış Milli Məclisin deputatı seçilmiş şəxsləri təqdim edirik: 1 saylı Şərur-Sədərək seçki dairəsi - Talıbov Vasif Yusif

İllərdir elm adamları tərəfindən araşdırılan, amma hələlik bir nəticə əldə edilməyən insanların yaşlanması məsələsi ilə əlaqədar yeni açıqlama verilib. Dalidag.az xəbər verir ki, bu sahədə araşdırmalar aparan ingilis elm adamı Obti de Qrey 1000 yaşına qədər yaşayacaq insanın hazırda dünyada olduğunu iddia edib. Qrey ötən 20 il ərzində insanlar arasında yaşlanmanın sürətini azaltmaq fəaliyyətlərində ciddi irəliləyişlərin əldə olunduğunu deyib. Elm adamı yaşlanmanın dayandırılmasının böyük bir

Novruz dünyanın ən qədim astronomik bayramıdır Hələ qədim zamanlardan başlayaraq bayramlar insan həyatında çox mühüm rol oynayırdılar. Onlar özlərində tarixi, dini və gündəlik adət-ənənələri ehtiva edirdilər. Bütpərəstlik dövrünün bayramları daha çox astronomik təbiət hadisələri ilə bağlı olurdu. İnsanlar belə hadisələrin mahiyyətini başa düşməyə və onlardan bəhrələnməyə çalışırdılar. Ancaq o zaman elm olmadığına görə onlar bu hadisələri fövqəltəbii qüvvələrlə əlaqələndirir və onlara dini
Yazı axını