Ötən gün Türkiyə Silahlı Qüvvələrinin Suriyada Əsəd qüvvələrinə qarşı endirdiyi aviazərbələr ərazidəki Rusiya hərbiçilərində də böyük vahimə yaradıb. Dalidag.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə yeni görüntülər yayılıb. Görüntülərdən də aydın olur ki, rus hərbiçilər Türkiyə ordusunun atəş zərbələrindən qorxuya düşərək silah-sursatlarını da atıb qaçırlar. Hətta, rus hərbiçiləri atəşdən qorunmaq üçün mülkü avtomobillərin qarşısını kəsərək, onlara minib aradan çıxmağa çalışırlar.

Beynəlxalq astronomlar qrupu ana ulduz GJ1151-in maqnit sahəsi ilə qarşılıqlı əlaqəsi nəticəsində güclü radio siqnallar yaradan ekzoplanet tapıb. Dalidag.az xəbər verir ki, bu barədə “Science Alert” məlumat yayıb. Tədqiqatçılar aşağı radio tezliklərində səmanı skan edən LOFAR radio interferometrindən istifadə edərək müşahidələr aparıb. Və yerdən 26 işıq ili məsafədə yerləşən qırmızı cırtdanda ekzoplanetin olduğunu göstərə biləcək radiasiya kəşf ediblər. Planet və ulduz arasında qarşılıqlı təsir

Fevralın 28-də Nizami Kino Mərkəzində “Mirzə Cəlilin Azərbaycanı” adlı sənədli filmin premyerası olub. Dalidag.az xəbər verir ki, tədbirdə filmin rejissoru Tahir Əliyev, ssenari müəllifi Nadir Bədəlov çıxış edərək ekran əsəri barədə fikirlərini bölüşüblər. Bildirilib ki, film Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm”də lentə alınıb. Qeyd edilib ki, Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar lentə alınan filmin çəkilişləri ədibin dünyaya gəldiyi Naxçıvanda, Nehrəm kəndində,

Nazirlər Kabinetinin yanında operativ qərargahı bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul edib. Dalidag.az-a daxil olan məlumata görə, koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin

Fevralın 29-da Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Muğam Mərkəzində görkəmli xanəndə, Xalq artisti Qədir Rüstəmovun 85 illiyinə həsr olunmuş yubiley konserti keçirilib. Konsertdə Qədir Rüstəmovun ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, mədəniyyət işçiləri iştirak ediblər. Dalidag.az xəbər verir ki, əvvəlcə Qədir Rüstəmovun həyat və yaradıcılığından bəhs edən slayd nümayiş olunub. Tədbirin aparıcısı tanınmış jurnalist Fəxrəddin Hacıbəyli Qədir Rüstəmovun həyat yolundan,

Qoşunların 2020-ci tədris ilinin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusu genişmiqyaslı komanda-qərargah təlimlərinə başlayıb. Dalidag.az xəbər verir ki, martın 6-dək davam edəcək təlimlər informasiya texnologiyalarının geniş tətbiqi, həmçinin heyətlərin, vaxt göstəriciləri və qəbul edilən qərarların icrası planlarının yoxlanılmasının müvafiq idarəetmə orqanları ilə dəqiqləşdirilməsi ilə ərazi, xəritə və ərazinin maketi üzərində icra olunacaq. Dalidag.az
Yazı axını