23 saylı Nəsimi-Səbail seçki dairəsində baş verən qanun pozuntuları ilə bağlı yeni videolar yayılıb. Dalidag.az xəbər verir ki, videolar 4, 29, 12 və 21 saylı məntəqələrdə çəkilib. 4 saylı məntəqədə seçicilərdən birinin komissiya üzvləri ilə söhbətindən aydın olur ki, büdcə təşkilatları, xüsusilə müəllimlər Ziyad Səmədzadənin xeyrinə prosesə cəlb olunub. "Qapının ağzında 15 saylı məktəbin iki müəllimi dedi ki, Ziyad Səmədzadəni seçdik", - deyə vətəndaş komissiya üzvlərinə deyir və narazılığını

Beynəlxalq Muğam Mərkəzində (BMM) Xalq artisti, unudulmaz xanəndə Rübabə Muradovanın xatirəsi yad olunub. Dalidag.az xəbər verir ki, Muğam Mərkəzinin “Unudulmayanlar” layihəsi çərçivəsində reallaşan tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri, görkəmli xanəndənin sənət dostları və yaxınları iştirak ediblər. Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhminin aparıcılığı ilə keçən tədbirdə unudulmaz xanəndənin həyat və yaradıcılığından söz açılıb, onun mədəniyyətimizin inkişafındakı

Şahlar ƏSGƏROV Professor, Əməkdar elm xadimi, Təhsi Nazirliyi yanında İctimai Şuranın sədri Min illərdir ki, bəşəriyyət xoşbəxt gələcəyə doğru yol gedir. Bu yolda təhsil müstəsna əhəmiyyət daşıyır. Ağı qaradan, doğrunu yalandan, yaxşını pisdən, dostu düşməndən, xeyri şərdən ayırmaq üçün təhsil əvəzsiz vasitədir. Təhsilin bu unikal keyfiyyəti bir çox dövlətlər üçün dərk olunmuş həqiqətdir. Bu səbəbdən də bu ölkələrdə təhsilin bütün xərclərini dövlət öz üzərinə götürür. Sadə dillə desək, belə

Azərbaycanın keçmiş daxili işlər naziri İsgəndər Həmidov yanvarın 24-dən etibarən koma vəziyyətindədir. Onun səhhəti, mövcud durumu ictimaiyyətin dədiqqətindədir. Bu günə qədər İsgəndər Həmidovun səhhəti ilə bağlı sosial şəbəkələrdə müxtəlif məlumatlar yayılıb. Hətta İsgəndər Həmidovun ölüm xəbərini yazanlar da olub. Dalidag.az xəbər verir ki, bütün bunları nəzərə alaraq, daha dolğun məlumat əldə etmək üçün musavat.com-un əməkdaşları İsgəndər Həmidovun müalicə aldığı xəstəxanaya baş çəkib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev fevralın 21-də Goranboy rayonunda vətəndaşları qəbul edib. Dalidag.az -ın məlumatına görə qəbulda Goranboyda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak ediblər. Müraciətlər, əsasən, dövlət mənzil fonduna məxsus xüsusi

Azərbaycanda icra başçılarının maaşları onların rəhbərlik etdiyi ərazidən asılı olaraq dəyişir. Dalidag.az xəbər verir ki, icra başçılarının maaşları Prezident İlham Əliyevin 2018-ci ilin 13 martında imzaladığı sərəncamla müəyyənləşir. Həmin sərəncamla Prezidentin “Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında” 2004-cü il 10 avqust tarixli, 348 nömrəli sərəncamı dəyişdirilib. Sərəncama əsasən, icra başçısının Bakı şəhəri

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Neftçala rayonunda vəzifəli şəxslərin saxlanılması ilə bağlı videogörüntüləri yayıb. DTX-nın rəsmi açıqlamasında deyilir ki, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələrinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri başlanılmışdır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi fevralın 21-də Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirib. Dalidag.az xəbər verir ki, əvvəlcə Dövlət Komitəsinin və Xocalı Rayon İcra Hakimiyyətinin rəhbərləri, Goranboy rayonunda müvəqqəti məskunlaşmış Xocalıdan olan məcburi köçkünlər Xocalı abidəsini ziyarət ediblər. Sonra qəsəbədəki Mədəniyyət Evində anım tədbiri keçirilib. Azərbaycanın müstəqilliyi, ərazi

ABŞ-ın Arizona ştatında UNO (Uçan Naməlum Obyekt) donanması görünüb. Dalidag.az xəbər verir ki, express.co.uk adlı ingilis nəşri UNO-ların 2016-cı ilin avqust ayında kameraların obyektivinə tuş gəldiyini iddia edib. Nəzəriyyəçilər kameralara düşən 3 naməlum obyektin yadplanetlilərin UNO donanması olduğunu iddia edib. UNO nəzəriyyəçisi Skott Varinq görüntü haqda bunları deyib: “Böyük ehtimalla, bu UNO-lar yeraltı yadplanetli bazasından gəlir”. O, yadplanetlilərin dünya üçün qorxunc bir planının

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağa dair növbəti avantürist bəyanatla çıxış edərək faktiki olaraq danışıqlar prosesini pozub. Erməni KİV-ləri xəbər verir ki, o Ermənistanın İctimai televiziyasına müsahibəsində işğal edilmiş ərazilərin Azərbaycana qaytarılmasını istisna edib. Paşinyan birmənalı şəkildə deyib ki, işğal edilmiş ərazilərin qaytarılması barədə Azərbaycanla danışıqlar aparmaqdan imtina edir. “Bu haqda söhbət belə gedə bilməz”,-erməni baş nazir bildirib. Onun sözlərinə
Yazı axını