Qədim Çin əfsanəsinə görə, bu ölkədə tikilmiş yüzdən çox piramida planetimizin başqa dünya sakinlərinin ziyarətinə şahidlik edir. XX əsrin əvvəllərində avstraliyalı iki tacir Çinin mərkəzi hissəsindəki Siçuanın geniş ovalığında olur. Burada yüzdən çox piramida aşkar edirlər. Avstraliyalılar məlumat almaq üçün yerli məbədə müraciət edir və dərhal da “çox qədimdirlər” cavabı alırlar. Bu tikililərdəki qeydlər ən azı 5000 il qabaq yazılmışdı, ona görə də onların yaşını sadəcə təsəvvür etmək olardı.

Dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Berlin şəhərindəki Brandenburq qapıları yaxınlığındakı Paris meydanında Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Ümumavropa Qarabağ mitinqi başlayıb. Dalidag.az xəbər verir ki, aksiyaya Azərbaycan, Almaniya, Niderland, Macarıstan, Polşa, İspaniya, İtaliya, Belçika, İsveç, Latviya, Litva, Estoniya, Çex Respublikası, Avstriya, İsveçrə, Norveç,

Həsənağa Turabov. Yəqin ki, bu ad və soyad bəs edir ki, tamaşaçı onun kinoda və teatrda oynadığı yüzlərlə obrazı xatırlasın. Amma bu yazıda sənətkarın obrazlarından daha çox, faciəli həyatı barədə danışacağıq. Dalidag.az Həsənağa Turabov haqqında yazını təqdim edir: Qəhrəmanımız 1938-ci il aprelin 24-də Bakıda dünyaya göz açıb. Əslən Cənubi Azərbaycandan idi. Bakının "Zərgərpalan" adlanan məhəlləsində böyüyən gələcəyin sənətkarı 1955-ci ildə daxil olduğu Mirzağa Əliyev adına Azərbaycan Dövlət

Son vaxtlar Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altında olan ərazilərinə daha tez-tez səfər edir. Dalidag.az erməni KİV-nə istinadən xəbər verir ki, o yenə də Dağlıq Qarabağa gəlib. Xankəndi şəhərində onun və separatçı Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyanın iştirakı ilə Ermənistan və separatçı rejimin “Təhlükəsizlik Şuraları”nın iclası keçirilir və qapalı iclasın gündəliyi barədə əlavə məlumat verilmir. Dalidag.az

"Şəhid” deyəndə birbaşa güllə qabağında şəhid olanlardan getməyəcək söhbət. Onlar haqqında da layihələrimiz var, amma bu layihə el-oba, vətən yolunda mənən şəhid olanlardandır. Dalidag.az "Şəhid ziyalı”,akademik, Sovet İttifaqı qəhrəmanı Ziya Bünyadov haqqında yazını təqdim edir. Atası Musa Mövsüm oğlu Bünyadov Bibiheybət şeyxlərinin nəslindəndir. Sovet işğalından xeyli əvvəl ataman Lyaxovun kazak diviziyasının alaylarından birində hərbi tərcüməçi imiş. Anası Raisa Mixaylovna Qusakova isə

23 saylı Nəsimi-Səbail seçki dairəsində baş verən qanun pozuntuları ilə bağlı yeni videolar yayılıb. Dalidag.az xəbər verir ki, videolar 4, 29, 12 və 21 saylı məntəqələrdə çəkilib. 4 saylı məntəqədə seçicilərdən birinin komissiya üzvləri ilə söhbətindən aydın olur ki, büdcə təşkilatları, xüsusilə müəllimlər Ziyad Səmədzadənin xeyrinə prosesə cəlb olunub. "Qapının ağzında 15 saylı məktəbin iki müəllimi dedi ki, Ziyad Səmədzadəni seçdik", - deyə vətəndaş komissiya üzvlərinə deyir və narazılığını

Beynəlxalq Muğam Mərkəzində (BMM) Xalq artisti, unudulmaz xanəndə Rübabə Muradovanın xatirəsi yad olunub. Dalidag.az xəbər verir ki, Muğam Mərkəzinin “Unudulmayanlar” layihəsi çərçivəsində reallaşan tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri, görkəmli xanəndənin sənət dostları və yaxınları iştirak ediblər. Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhminin aparıcılığı ilə keçən tədbirdə unudulmaz xanəndənin həyat və yaradıcılığından söz açılıb, onun mədəniyyətimizin inkişafındakı
Yazı axını