Münxen Təhlükəsizlik Konfransı davam edir. Konfransda ABŞ-ın Dövlət Katibi Maykl Pompeo, Fransa Prezidenti Emmanuel Makron, Kanadanın Baş naziri Castin Tryudo, Avstriya Kansleri, İran və Rusiya Xarici İşlər nazirləri, NATO-nun Baş katibi, habelə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla yanaşı, bir sıra dövlət rəsmiləri, ekspertlər iştirak edirlər. Konfrans çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında

Dalidag.az Nazim Hikmət haqqında marqlı faktları təqdim edir: Nazim Hikmət 1902-ci il yanvar ayının 15-də Türkiyədə zadəgan ailəsində anadan olub. 1918-ci ildə İstanbulda Hərbi Dənizçilik məktəbinə daxil olmuş, Türkiyənin xarici müdaxiləçilər tərəfindən işğalı əleyhinə şeir yazdığı üçün 1919-cu ildə oradan xaric edilmişdir. 1921-ci ildə Sovet Rusiyasına gəlmiş, Moskvada Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində oxumuşdur. *** Nazim Hikmətin anası Cəlilə xanım rəsmlə məşğul idi. Onun

Fevralın 22-də Beynəlxalq Muğam Mərkəzində şair Məmməd İlqarın 70 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək. Şairin bədii-musiqili yaradıcılıq gecəsində ömür yoluna nəzər salınacaq, əsərlərindən poetik nümunələr səsləndiriləcək. Qeyd edək ki, Məmməd İlqar 1950-ci ildə Qazax mahalının Aslanbəyli kəndində ziyalı ailəsində doğulub. Uşaq yaşlarından şeirə böyük marağı olan və artıq gənc yaşlarından rayon qəzetlərində şeirləri çap olunan Məmməd İlqar Bakıya gəldikdən sonra ədəbiyyat camesinin

Xalqların yaşadığı coğrafiya, iqlim şəraiti, relyef təkcə onların qidalanma mədəniyyətini formalaşdırmır, eyni zamanda adət-ənənlərini, mədəniyyətlərini, inanclarını və gələcəyə baxışlarını formalaşdırır. Müasir dövrümüzdə belə xalqlar dünya xalqlarına inteqrasiya olunsa da, öz milli adət-ənənələrini, mədəniyyətlərini, inanclarını qoruyub saxlayırlar və gələcək nəsillərinə ötürməyə çalışırlar. Bir çox hallarda isə özlərini qorumaq üçün hələ də müasir həyat şəraitinə uyğunlaşmayaraq

Azərbaycan Respublikası Vəkillər Kollegiyası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birlikdə Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış yaşayış məhəlləsində pulsuz hüquqi yardım aksiyası keçirib. Komitədən Dalidag.az -a verilən məlumata görə Dövlət Komitəsinin hüquq sektorunun müdiri Ziya Məmmədov və Bakı şəhər 20 saylı vəkil bürosunun rəhbəri İlhamə Həsənova aksiyada çıxış edərək bildiriblər ki, tədbirin keçirilməsində

Fiziki qüsur yazıb-yaratmaq, hər-hansı bir nailiyyət əldə etmək üçün maneə deyil. O, görmə əngəlli olsa da, şeirləri bəsirət gözünün necə nurlu olduğunu sübut edir. Şərəfli bir nəsil şəcərəsinin nümayəndəsi olan Seyid Əli təəssüf ki, çox az yaşadı. Atasının ölümünə dözə bilməyən gənc şair yeməkdən imtina edərək günbəgün ölümünü yaxınlaşdırdı. 1962-ci ilin martında dünyaya gəlmişdi. 1988-ci ilin iyununda 26 yaşında bu dünyaya göz yumdu... Bioloji övladı olmasa da, mənəvi övladları- şeirləri onu

Saz-söz sənətinin qüdrətli nümayəndəsi, el sənətkarı, ustad Dədə Şəmşirin ocağından bir köz də söndü. Dalidag.az xəbər verir ki, ustad aşığın qız övladı Yaxşı xanım vəfat edib. Daha bir kəlbəcərli Kəlbəcər həsrətiylə, ürəyi yurd qubarlı, torpaq nisgilli köç etdi bu dünyadan. Allah rəhmət eləsin! Qeyd edək ki, Dədə Şəmşirin 5 oğul, 5 qız övladı olub. Ustadın Əkbər adlı oğlu çox gənc yaşlarında dünyasını dəyişib. Ələsgər adlı oğlu da haqq dünyasına qovuşub. Çimnaz adlı qızı isə 1990-cı ildə

Ermənistan Silahlı Qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndini işğal etməsinin 28-ci ili tamam olur. Erməni hərbi birləşmələri Xankəndidə dislokasiya olunmuş 366-cı motoatıcı alayın hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum edib. İki gün çəkən ağır döyüşdən sonra mühasirəni yaran ermənilər fevralın 17-də kəndi işğalı ediblər. İşğal zamanı kənd tamamilə dağıdılıb, dinc, əliyalın əhaliyə, günahsız
Yazı axını