Bu gün fefralın 9-da keçirilmiş növbədənkənar deputat seçkilərinin nəticələri ilə bağlı ayrı-ayrı dairələrdən Mərkəzi Seçki Komissiyasına daxil olmuş şikayətlərə baxılması üçün MSK-da növbəti içlas keçirilib. Yekun olaraq şikayət daxil olan dairələrdən bir çoxunun müraciətləri araşdırılması üçün müvafiq Dairə Seçki Komissiyalalarına göndərilib. Qeyd edək ki, MSK-nın bundan əvvəlki iclasında 4 dairənin nəticəsinin ləğv olunması barədə qərar qəbul edilmişdi. Dalidag.az nəticələri yenidən

Fevralın 15-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib. Dalidag.az bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ələsgərov Seymur Eldar oğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir! Cəbhə xəttində vəziyyətin

Sevgili Naciyə! Sənin yazdığın o son məktubu aldım. Onu daima qəlbimin üstündə daşıyacağam.Sənin o tatlı üzünü hər nə qədər indi görmək mümkün deyilsə də, nazik barmaqlarının bu məktubun kəlmə və sətirlərini necə düzdüyünü xəyal edirəm. Bunlar bir zaman mənim saçlarımı darayan, yenə o nazik barmaqlar deyildimi?! Elə isə mən indi səndən çox uzaqlarda bir qan və atəş dəryasında qəhramanca çarpışmaqdayam. Bu isə sənin incə qəlbini üzməkdədir. Sən məktubunda məndən şikayətlənərək qılınc və hərbi

"Millətin qanın içən, yaşı yetmişi keçən, əl-ayağı titrəyən, zəli çıxdı qutudan." Dostlar, neçə vaxt idi stress içindəydim, məqalələr yazsam da, əlim qələm tutmadığını hiss edirdim. Nəhayət ki, bu gün qələm özü barmaqlarımı istədi. Seçki "möcüzələrini" öz sözlərimlə, gördüyüm kimi sizə təqdim edirəm. Buyurun: Seçki möcüzələri Xeyli pullar xərclədik, seçkilər təşkil etdik. Doqquzu fevral günü, "Demokratik" yol ilə, durub seçkiyə getdik, sevincək əhval ilə. Seçici az olsa da, qutular səslə doldu.

Böyük memarlıq abidələri insanları həmişə ruhlandırıb. Ta qədim dövrlərdən insanlar nəsə həqiqətəndə heyrətamiz tikililər yaratmağa can atıblar. Su üzərində memarlıq əsəri ucaltmaq isə həmişə mümkünsüz görünüb. Lakin müasir texnologiyalar bu məsələnin də həllini tapmağa imkan verir. Beləliklə, su üzərində ucaldılan 10 tikilini təqdim edirik: Bürc-əl-Ərəb, BƏƏ Bürc-əl-Ərəb Dubayda yerləşən hoteldir. O, sahildən 280 m aralıda süni ada üzərində ucaldılıb. 321 m hündürlükdə olan hotel formaca

"Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) "Qırmızı Kitabı"nın III nəşrinin Redaksiya heyəti tərəfindən 2020-2023-cü illəri əhatə edən iş proqramı hazırlanıb". Dalidag.az xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova AMEA-nın Rəyasət Heyətinin iclasında deyib. Kitabın III nəşri üzrə 2020-2023-cü illəri əhatə edən iş proqramı ətrafında müzakirələr aparıldıqdan sonra Rəyasət Heyəti tərəfindən proqram qəbul edilib. Bununla yanaşı, nəşrlə bağlı Ekologiya və Təbii
Yazı axını