"Azərbaycan Dəmir Yolları" QSC-də dəmir yolları sahəsində görülən işlər və nəzərdə tutulan tədbirlər müzakirə olunub. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov dəmir yolu nəqliyyatı sahəsində həyata keçirilən və perspektiv layihələr barədə məlumat verib. İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin nəqliyyat infrastrukturunun inkişafına xüsusi önəm verdiyini vurğulayıb, dəmir yolu nəqliyyatı sahəsində sistemli tədbirlərin davam etdirildiyini, dayanıqlı və

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələri ləğv edilib. Dalidag.az xəbər verir ki, bununla bağlı MSK-nın bu gün keçirilən iclasında müvafiq qərar qəbul edilib. Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır: - 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə - 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli - 35 saylı Xətai üçüncü seçki dairəsi -

"Həkimlər onun həyatı ilə çarpışırlar. İsgəndər Həmidovun vəziyyəti kritik durumdadır". Dalidag.az xəbər verir ki, bunu tibbi-ekspert Adil Qeybulla deyib. O, bildirib ki, İsgəndər bəyin vəziyyəti ağır olaraq qalmaqdadır: "İstiqlalçı millət vəkili, sabiq daxili işlər naziri, dəyərli dostumuz İsgəndər Həmidovun vəziyyəti kritik durumdadır. Bir neçə gün öncə qardaş Türkiyədən gəlmiş neyrocərrah, professor Kadir Tafta ilə konsultasiya edildi. Baş beynin tomoqrafiyası müayinəsi zamanı işemik

Türkiyəli bloger Ruhi Çenet Ermənistandan maraqlı reportaj hazırlayıb. Dalidag.az xəbər verir ki, İrəvana səfər edən türk bloger əhali arasında Xocalı soyqırımı ilə bağlı sorğu keçirib. Azərbaycanlılara və türklərə nifrət etdiyini söyləyən ermənilər Xocalı soyqırımında özlərini müdafiə etməyə cəhd göstəriblər. İşğalçı ölkədə iqtisadi və sosial vəziyyətin acınacaqlı olduğunu görmək mümkündür. Ruhi Çenet əhalisinin 53%-i qadınlardan ibarət olan Ermənistanda kişilərin böyük əksəriyyətinin ölkə

Parlament seçkiləri ilə əlaqədar 111 saylı Zaqatala Seçki Dairəsi üzrə 2, 123 saylı Kəlbəcər Seçki Dairəsi üzrə 1 seçki məntəqəsində səsvermənin nəticəsi ləğv olunub. 111 saylı Zaqatala Dairə Seçki Komissiyasının sədri Zöhrab İsmayılov açıqlamasında bildirib ki, dairə üzrə 4 və 43 saylı seçki məntəqələrində müəyyən qayda pozuntularına yol verilməsi ilə bağlı komissiyaya məlumat daxil olub. Daxil olan şikayət araşdırılıb və həmin məntəqələrdə müəyyən qanun pozuntularına yol verildiyi təsdiq

Şairlər, qələm adamları, ömrünü sözə bağışlayanlar ölmür. Cismani yoxluqları hər oxunan kitablarında, şeirlərində... yaşayan ruhlarında təzədən var olur,əbədiləşir. Bu gün şair, dramaturq, ədəbiyyatşünas, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın xalq şairi (1984), filologiya elmləri doktoru (1964), professor, Azərbaycan MEA-nın həqiqi üzvü (2000), Azərbaycanın Əməkdar incəsənət xadimi (1974), Azərbaycan Dövlət mükafatı laureatı (1976), SSRİ Dövlət Mükafatı laureatı
Yazı axını