Dalidag.az Narıngül Nadirin bir hekayəsini təqdim edir: OYUNCAQ SİLAH N əhayət ki, bu məsələyə də son qoya bildi. İş məsələsini yenicə yadından çıxarıb rahatlanmışdı, daha doğrusu, əlinin hər yerdən üzüldüyünə arxayınlaşmışdı ki, tələbə yoldaşı Seymur zəng elədi. Dedi ki, gəl səni də öz yanımızda yerləşdirək, özümüzünküsən nə qədər olmaya... Seymur xarici filmlərdəki aktyorlara bənzəyir, sarışın sifəti və iri, mənalı gözləri var. Adamın düz gözlərinin içinə baxıb, ürəyini oxuyur. Telefonda

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin Hərb naziri, əfsanəvi general Səməd bəy Mehmandarovun (1856-1931) anım günüdür. Dalidag.az Səməd bəy Mehmandarovla bağlı 8 faktı təqdim edir: 1. O, Birinci Dünya müharibəsində brilyantla bəzədilmiş “Qızıl Georgi” silahı alan yeganə azərbaycanlıdır. 2. Səməd bəy Rus-Yapon müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığa görə Rusiya İmperator ordusunun tam artilleriya generalı rütbəsi alıb. 3. Əfsanəvi general Azərbaycan Xalq Cümhuriyyətinin Hərb naziri olduğu

Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (AzerRos FMMM) rəhbəri Mehriban Sadıqova Rusiyada yaşayan azərbaycanlıların təkidli tələblərindən sonra istefa verib”. Dalidag.az bildirir ki, bu barədə Rusiyada yaşayan Azərbaycan diasporunun nümayəndələri məlumat verib. Bildirilib ki, Mehriban Sadıqova qurumun bu gün çağırılan növbədənkənar toplantısında istefa verməyə məcbur olub. Belə ki, təşkilatın üzvləri tələb ediblər ki, M.Sadıqova istefa verməsə, azərbaycanlılar təşkilatı

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin nəzdində fəaliyyət göstərən “Aşıq Şəmşirin Memorial Muzeyi”ndə XX əsr Azərbaycan ədəbiyyatının və aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Şəmşirin vəfatının 40-cı ildönümü münasibətilə anım tədbiri keçirilib. Anım mərasimində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin fəal üzvləri, Kəlbəcər rayon 14 saylı orta məktəbin müəllim və şagird kollektivi iştirak edib. Mərasimdə çıxış edən “Aşıq Şəmşir”
Yazı axını