Yəqin ki, sovet dövründə yaşayanlar bütün SSRİ qəzetlərinin ulduzu, televerilişlərin qəhrəmanı, Sovetlər Birliyinin ən uzunömürlü sakini, azərbaycanlı, Lerik sakini Şirəli Müslümovu xatırlayır. O, 168 il yaşayıb. 1805-ci ildə anadan olub, 1973-cü ildə vəfat edib. Ömür boyu çobanlıq edib. Onun ailəsi 150 nəfərdən ibarət idi. 150 yaşında haqqında sənədli film çəkilib, özü müstəqil olaraq gəzir, at çapır, torpaqda işləyir, çobanlıq edirdi. 135 yaşında 3-cü dəfə evlənən Şirəli kişinin bu evlilikdən

Ötən həftə Bakının qonağı olan türkiyəli təkamülçü bioloq, professor Ali Demirsoy "Yaradılış, yoxsa təkamül?" adlı seminarla çıxış edib. Dalidag.az xəbər verir ki, 107 elmi kitabın müəllifi olan görkəmli professor publika.az-a müsahibəsində təkamül, yadplanetlilər, kainatın sirləri, dünyanın sonu, insan ömrünün uzanması, neft ehtiyatlarının Azərbaycanda nə zaman tükənəcəyi və bəşəriyyətin gələcək taleyi haqqında sensasion proqnozlar verib. Həmin müsahibədən hazırlanan videonu təqdim edirik:

Bəzi elektron kütləvi informasiya vasitələrində Kürdəmir peşə liseyinin yataqxanasında bir neçə ailənin hələ də ağır vəziyyətdə yaşaması və yeni mənzilə köçürülməməsi barədə məlumat yayılıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidməti bununla əlaqədar olaraq bildirir ki, 28 dekabr 2019-cu ildə Kürdəmir şəhərində 563 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksi istifadəyə verilib. Kompleksə Kürdəmir rayonu ərazisindəki yataqxanalarda və digər

“Qadınlar üçün yerdə cəhənnəm”. Akmola düşərgəsini məhz belə adlandırıblar. İşgəncə tətbiqinə görə analoqu olmayan bu düşərgəyə xalq düşməni adı ilə güllələnlərin həyat yoldaşlarını sürgün ediblər. Düşərgədə cəza çəkən qadınlar öz aralarında cəhənnəmi xatırladan bu məkana qeyri-rəsmi “ALJİR” adası (Акмолинский лагерь жен изменников Родины) adını qoyublar. Düşərgə hazırda Qazaxıstanın paytaxtı olan Nur-Sultandan çox da uzaqda olmayan səhralığın ortasında salınıb. Ətrafla tam təcrid olunan

Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib. Dövlət Komitəsinin sədri əksəriyyəti məcburi köçkün olan 40-dan çox vətəndaşı növbəlilik prinsipi əsasında fərdi qaydada qəbul edib, onların müraciətlərini dinləyib. Vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq və digər məsələlərlə əlaqədar olub. Onlara bir daha bildirilib ki, qaçqınların

Muzey və ya qalereyaya getmək ömrünüzü uzada bilər. London Universitetinin kollecində çalışan alimlər 50 yaşdan yuxarı bir neçə min britaniyalının sağlamlığı və məşğuliyyəti haqda informasiyaları araşdırdıqdan sonra bu qənaətə gəliblər. Onlar yaşlanmanın araşdırılması zamanı toplanmış göstəricilərə istinad ediblər. Britaniyada 17 ildir ki, aparılan bu geniş miqyaslı araşdırma öz-özlüyündə çox maraqlıdır - müəlliflər 18 min britaniyalının təqaüddən əvvəlki və sonrakı sağlamlıqları və həyat

Ermənistanın Baş naziri Nikol Paşinyan ötən bazar günü Azərbaycanın işğal altındakı ərazilərində hərbi xidmət keçən oğluna baş çəkərkən yol kənarındakı restoranlardan birində yeyib-içib, sonra kassa qəbzi üstündə qalmaqal yaradıb. Paşinyan bu qalmaqal haqda özünün Feysbuk səhifəsində yazıb. Bildirib ki, ailəsi ilə birlikdə oğlu Aşota baş çəkməyə gedib. Onlar yol kənarındakı restoranda bir neçə saat oturublar və hesabı ödəyəndə işçi kassa qəbzi verməyib. Paşinyan qəbzi almaq üçün bir neçə dəfə

“Apardı sellər Saranı” əsəri İbrahim Abbasəlizadənin rejissorluğu ilə Təbrizin Mədəniyyət Evinin “Şəms” salonunda səhnələşdirilib. Dalidag.az xəbər verir ki, bu barədə “Təbriz-e mən” saytı məlumat yayıb. Əsər Təbriz, Tehran, Naxçıvan və Türkiyədə uğurlu çıxışlardan sonra fevralın 3-ü yenidən səhnəyə qoyulub. Seyid Mürtəza Haşimpurun əsəri əsasında səhnələşdirilən tamaşada Sevda Rzayi, Behnam Pənahi, İbrahim Abbasəlizadə, İrəc Oca Yari, Nəsibə Seyidi, Fərzad Səqqa, Əli Süleymani rol alıblar.

Azərbaycan Cənubi Qafqazda son 30 ildə əhali artımının qeydə alındığı yeganə dövlətdir. Dalidag.az-ın məlumatına görə, bu haqda “Azadlıq Radiosu” postsovet ölkələrində 1990-2019-cu il aralığında aparılan demoqrafik tendensiyasının nəticələrinə istinadən xəbər verir. Belə ki, hesabat dövründə Azərbaycanda əhalinin artımı 28,5% təşkil edib. Ermənistanda (-15,7%) və Gürcüstanda(-31%) isə əhalinin azalması qeydə alınıb. Təqdim edilən cədvəldə ölkələrin statistika xidmətlərinin məlumatlarından
Yazı axını