Xəbər verdiyimiz kimi Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları erməni girovluğunda saxlanılan azərbaycanlı əsirlər Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər. Dalidag.az xəbər verir ki, moderator.az-ın əməkdaşı D.Əsgərovun oğlu Kürdoğlu Əsgərovla əlaqə saxlayıb və o, sayta açıqlamasında atasından qısa məktub aldığını deyib: “Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları fevral ayı ərzində atamgilə baş çəkiblər. Görüş reallaşandan sonra girovların ailəsinin narahatçılığını nəzərə alaraq

28 il əvvəl - 1992-ci ilin fevral ayının 26-da Xocalı şəhərində ermənilər tərəfindən 20-ci əsrin ən böyük qətliamlarından biri törədildi. Dalidag.az xəbər verir ki, törədilən qətliamın izlərini silmək məqsədilə ermənilər Xocalı şəhərdə məskunlaşmağa başlayıblar. Vaxtı ilə bir nəfər belə erməninin yaşamadığı şəhərdə dağıdılmış binaların yerinə yenilərini tikməyə və bununla da 28 il əvvəl baş verən vandalizmin izlərini yox etməyə çalışırlar. Şəhərdəki dağıntıların miqaysı böyük olduğu üçün

Şeirlərinin özəlliyi, dünyəviliyi, fərqli düşüncəsi... və eşq dolu ruhu onun SÖZ adlı möhtəşəm dünyaya təsadüfən gəlmədiyinə sübutdur. Sevgi şeirlərinə özünəməxsus orijinallıq qatan şair Namiq Dəlidağlı həm də yurd həsrətli, torpaq nisgillidi. Kəlbəcərsizdi, Laçınsızdı, Şuşasızdı.., Qarabağsızdı, Dərbəndsizdi, Təbrizsizdi... Şeirlərinə toxunmuş ağrının, göynəyin rəsmini görməmək, duymamaq, o ağrıyla ağrımamaq mümkün deyil. Soyadını unutsa da, çopur daşını unuda bilməyəcək qədər dərin yaddaşı

Qoşunların 2020-ci tədris ilinin hazırlıq planına uyğun olaraq martın 2-də Azərbaycan Ordusu genişmiqyaslı komanda-qərargah təlimlərinə başlayır. Müdafiə Nazirliyindən verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında keçiriləcək təlimlər informasiya texnologiyalarının geniş tətbiqi, həmçinin heyətlərin, vaxt göstəriciləri və qəbul edilən qərarların icrası planlarının yoxlanılmasının müvafiq idarəetmə orqanları ilə dəqiqləşdirilməsi ilə ərazi, xəritə və

1981-ci ildə amerikalı yazıçı Din Kunç “Qaranlığın gözləri” adlı roman yazıb. Dalidag.az xəbər verir ki, romanda hadisələrin gedişatını təsvir edən yazıçı qorxunc, adi müalicə ilə sağalma ehtimalı olmayan bir epidemiya haqqında məlumat verib. Əsərdə virus “Uhan-400” deyə qeyd olunub. Yazıçı virus Uxanda yerləşən hərbi labaratoriyada yaradıldığına və epidemiyanın da məhz o şəhərdən yayılmağa başladığına görə, onu bu adla vurğulayıb. Bundan başqa romanın bir hissəsində qeyd olunur: “”Uxan-400”

2020-2021-ci tədris ili üzrə müəllim olmaq istəyən namizədlər üçün qiymətləndirmə çərçivəsi hazırlanıb. Təhsil Nazirliyindən verilən məlumata görə, qiymətləndirmə çərçivəsinə namizədlərin hazırlıq səviyyəsinə qoyulan tələbləri müəyyənləşdirən səriştələrin siyahısı, istifadə olunacaq tapşırıqların məzmun sahəsi, eləcə də çətinlik dərəcəsini müəyyənləşdirən qiymətləndirmə cədvəli daxildir. Bu çərçivənin hazırlanması hər bir fənn üzrə təklif ediləcək qiymətləndirmə vasitələrinin xüsusiyyətləri ilə

Kirayə mənzillərə müraciətin qəbulu və baxılması mərhələli həyata keçiriləcək. İpoteka və Kredit Zəmanət Fondu bildirilib ki, “Elektron ipoteka və kredit zəmanət sistemi”nin (EİKZS) kirayə mənzil modulu elektron kabinetin yaradılması və elektron müraciətin formalaşdırılması üçün vətəndaşların istifadəsinə açıqdır. Elektron müraciətlərin qəbulu və baxılması aşağıdakı mərhələlər üzrə həyata keçirilir: “Vətəndaşlar ilkin mərhələdə gücləndirilmiş elektron imzadan (Elektron imza və ya Asan imza)

Sumqayıt hadisələrindən 32 il ötür. Dalidag.az xəbər verir ki, 1988-ci il fevralın 28-də baş vermiş bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin erməni millətçiləri ilə birgə Azərbaycana qarşı təşkil etdiyi və həyata keçirdiyi təxribatların növbəti tərkib hissəsi idi. Məqsəd isə hər zaman olduğu kimi, dünya ictimaiyyətində yanlış rəy formalaşdırmaq, anti-Azərbaycan əhval-ruhiyyəsi yaratmaq idi. Bütün şahid ifadələri Sumqayıt hadisələrinin təşkilatçısının erməni, iki dəfə məhkum edilən

1990-cı illərdə Bakıda yaşayan kəlbəcərli ziyalılar Kəlbəcərə kömək məqsədilə, “Murovdağ” Xeyriyyə Cəmiyyəti yaratdılar. Çətin vaxtda kəlbəcərliləri bir araya gətirən, birlik- bərabərlik nümayiş etdirən cəmiyyət cəbhə bölgəsinə yardım etməklə yanaşı, sosial problemlərin həllinə də köməyini əsirgəməmişdir. Məlumata görə cəmiyyət aztəminatlı, ehtiyacı olan ailələrə əl tutub, işğal sonrası sakinlərin sığınacaq və yaşayış yerləri ilə təmin olunmasına vasitəçi olmuşdur. Kəlbəcər ziyalılarının üzv

Azərbaycanlı yazıçı Məhəmməd Əsəd bəyin (Qurban Səid) daha bir kitabının orijinalı tapılıb. Dalidag.az xəbər verir ki, Fransada yaşayan azərbaycanlı naşir Nicat Kazımovun kulis.az-a verdiyi məlumata görə “Çar II Nikolayın bioqrafiyası” kitabını Fransa dövlət arxivindən əldə edib. Kitab 1935-ci ildə nəşr edilib. Naşir qeyd edir ki, bu Məhəmməd Əsəd bəyin Fransada nəşr olunan ilk kitabıdır. Bundan əlavə onun bu ölkədə “Stalinin bioqrafiyası” və “Neft ölkəsi” kitabları da nəşr edilib. Nicat
Yazı axını