"...bağışlama gedişimi, qadası, üzü sənə tərəf iz qoymamışam.. sən olan şeirlər vicdan həyası; bu gün qələmimi düz qoymamışam..." Dalidag.az Şəfa Vəliyevanın şeirlərini təqdim edir: * * * burax, əllərində ölsün qırışlar, çərçivə olmasın baxışlarına, mənə çoxdan "xala" deyir uşaqlar, nə tez "nənə" oldun, ay naxış anam?! Mən elə bilirdim, qocala bilməz mən boyda "körpəsi" olan bir qadın. Daha günlərimdən borc ala bilməz, "olmazlar", Dilimdə təkbirdi adın. burax, qoy qocalsın "Sabir küçəsi" heç

Stalinin sevimli müharibə qəhrəmanlarından olan marşal Rokossovski müharibədən sonra özünə böyük bağ evi tikdirir. Ev hazır olandan sonra o, böyük ziyafət təşkil edir. Stalinin də iştirak etdiyi ziyafət səhərə kimi davam edir. Səhər qonaqları yola salanda Stalin Rokossovskiyə deyir: — Konstantin Konstantinoviç, yetim uşaqlar üçün belə bir ev tikdiyinə görə sənə şəxsən öz təşəkkürümü bildirirəm. Səhərisi gün marşalın öz təklifi ilə bağ evi uşaq evi kimi fəaliyyətə başlayır. Sonradan Rokossovski

1992-ci ilin yazı idi. İngiltərədən BBC və Fransanın mətbuat orqanları Əbülfəz Elçibəylə çəkiliş aparıb müsahibə alırdılar. Çəkiliş bitdikdən sonra ingilis yazarın gözü Elçibəyin otağındakı aypara və ulduzların fonundakı Boz Qurd şəklinə tuşlanmışdı. Bir az sonra o, Bəyə sual verərək bunun nə olduğunu soruşdu. Bəy:"Boz Qurddur, Türk millətinin Totemidir"... İngilis yazar bir az düşündükdən sonra, ədəblə suala görə əvvəlcədən üzr istəyərək "bəs nə üçün siz millətinizə belə bir vəhşi və yırtıcı

TÜRKÜN DİLİ Türkün dilitək sevgili, istəkli dil olmaz, Ayrı dilə qatsan bu əsil dil əsil olmaz. Öz ləfzini farsa, ərəbə qatmasa şair, Şerin oxuyanlar, eşidənlər kəsil olmaz, Şerin gərək ehsas ilə riqqətlə qanşsın, Kənd əhli bilirlər ki, doşabsız xəşil olmaz. Məndən də nə zalım çıxar, oğlum, nə qisasçı, Bir dəfə bunu anla, ipəkdən qəzil olmaz. Ötməz, oxumaz bülbülü salsan qəfəs içrə, Dağ-daşda doğulmuş dəli ceyran həmil olmaz. Sözlər də cəvahir kimidir, əsli bədəldən Təşxis verən olsa, bu qədər

7 dekabr 1918-ci ili saat 13.00-da artıq 101-ci ilini qeyd etdiyimiz Azərbaycan Parlamentinin Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin binasında (hazırda Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) təntənəli açılışı olub. Demokratik prinsiplər əsasında fəaliyyətə başlayan Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə geniş təbrik nitqi ilə çıxış edib. Vurğulayaq ki, "Müsavat" fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri,
Yazı axını