Xəbər veriyimiz kimi, ötən ayın əvvəlində sosial şəbəkələrdə içərisində erməni mahnısı səsləndirilən və Neftçilər prospekti ilə hərəkət edən avtomobilin videosu yayılıb. Dalidag.az xəbər verir ki, Bakıda avtomobildə içərisində erməni mahnıları səsləndirən şəxslərin kimliyi müəyyənləşib. "Ermənilər Bakıda" başlığı ilə sosial şəbəkədə paylaşılan videonun iştirakçıları Gürcüstan Azərbaycanlıları olub. Məlum olub ki, həmin şəxslər Bakıda keçirilən toy mərasimi üçün gəliblər. Qeyd edək ki, videoda

On minlərlə günahsız insanın həyatını məhv edən Vasili Ulrix 1930-cu illərdəki "Böyük terror" planının icrasında ən fəal və ən "məhsuldar" simalardan biri olub. İosif Stalinin təbirincə desək, repressiya məsələlərində Vasili Ulrix "öz işinin peşəkarı" kimi ad çıxarıb. Təkcə 1937-1938-ci illərdə onun başçılığı ilə SSRİ-nin ayrı-ayrı bölgələrində keçirilən səyyar kollegiya iclaslarında 30 min 514 nəfər güllələnmə hökmünə, 5 min 643 nəfər isə uzunmüddətli azadlıqdan məhrumetmə cəzasına məhkum

Məlum olduğu kimi, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin və onların əsərlərinin digər ölkələrdə təbliği məqsədilə 2016-cı ildən etibarən "Azərbaycan kitabının dünyada tanıdılması" layihəsi həyata keçirilir. Dalidag.az xəbər verir ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə”sinin də ("Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə") layihə çərçivəsində Türkiyə türkcəsində nəşri başa

Xəbər verildiyi kimi Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-a təyin edilib. Sərəncama əsasən, parlamentin beşinci çağırışı buraxılıb. Dalidag.az -ın xəbərinə görə gündəmdə olan bu məsələ ilə bağlı 102 saylı Samux-Şəmkir seçki dairəsindən deputatlığa namizəd, ictimai fəal Tural Turan bizimyol.info-ya bildirib ki, bu dairədən 15 il ərzində deputat olmuş Valeh Ələsgərov cəmir bir dəfə seçicilərlə görüşüb. “Mən həmin dairədən deputatlığıa namizədliyi sürməyimə səbəb seçicilərin

“Azərbaycan Dəmir Yolları” QSC-də Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Dalidag.az xəbər verir ki, ikitərəfli görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ölkəmizin əlverişli coğrafi movqeyindən səmərəli istifadə etməklə regionun nəqliyyat mərkəzinə çevrilməsi, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində görülən işlər barədə məlumat verib.

Yazıçı Kənan Hacı ABŞ-ın "Mundus Artium Press” adlı təşkilatın "İlin kitab icmalı üzrə ən yaxşı yazı” nominasiyasının qalibi mükafatını qazanıb. Dalidag.az xəbər verir ki, bu haqda qaynarinfo-ya yazıçı-publisist özü məlumat verib. Kənan Hacı bu mükafatı tanınmış amerikalı şairin kitabı haqda yazısına görə aldığını deyib: "Alban əsilli Amerikan şairi və ədəbi tənqidçisi Gjeke Marinajın "Eşq” seriyasından dərc olunmuş "Sevginin 24 saatı” şeirlər kitabı haqqında yazım bu ilin fevral ayında "Kaspi"

- G örəsən, bu uşaq harada qaldı? Arvad cavab əvəzinə köksünü ötürdü. Fərrux yorğanı üstündən atıb dikəldi. Ayaqlarını çarpayıdan salladı. Xeyli sükutdan sonra üzünü yanında uzanmış arvadına tutdu: - Əminə, sən də bilmirsən Tahir bu vaxtacan haralarda gəzir? Əminə yorğanın altında büzüşüb böyrü üstə çevrildi. - Bilmirəm, kişi, bilmirəm. - Bəs niyə xəbər almırsan? - Deyir, yoldaşlarımnan imtahana hazırlaşıram. Fərrux başını buladı. Otağa süzülən ayın solğun işığı onun qansız sifətinə bir sarılıq

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin 64 il əvvəl dəfnindən çəkilən görüntülər yayılıb. Dalidag.az xəbər verir ki, nadir kadrların yer aldığı videoda Məhəmməd Əmin Rəsulzadə haqqında danışılır, onun şəxsi keyfiyyətləri təsvir olunur. Qeyd edək ki, bu gün Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anım günüdür. M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan
Yazı axını