“Xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri zamanı Rusiyanın “kiçik addımlarla” Azərbaycan və Ermənistanın yaxınlaşması planı müzakirə edildi”. Dalidag.az xəbər verir ki, bu barədə Rusiyada nəşr olunan “Kommersant” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb. Nəşrin iddiasına görə, sözügedən planın bir hissəsi artıq yerinə yetirilib – uzun illərdən sonra iki ölkədən olan jurnalistlərin qarşılıqlı səfəri baş tutub. “Kommersant”ın məlumatına görə, hazırda ictimaiyyət və mədəniyyət

Klassik fizikanın əsasını qoymuş İsaak Nyuto n bir gün Kral cəmiyyətindən məktub alır. Bu məktubda İsaak Nyuton bir məsələni həll etmək tapşırığını alır. Bir neçə ay ərzində Böyük Britaniya alimlərinin «baş sındırdıqları» məsələ əyrinin nöqtələrindən ona toxunan çəkmək idi. Məsələni səhər tezdən almış Nyuton çarpayının kənarında oturaraq fikrə dalır. Nahar vaxtına qədər hərəkətsiz və həyatdan tam təcrid olunmuş halda qalan İsaak Nyuton məsələnin nəinki tam həllini tapır, o həmçinin diferensial

Marneulidən olan etnik azərbaycanlı gənc Gülgün Məmmədxanova Tbilisidə keçirilən qısametrajlı film festivalının qalibi olub. Dalidag.az xəbər verir ki, festivala hər biri maksimum 90 saniyədən ibarət olan 130 film təqdim edilib. G. Məmmədxanovanın "16 yaşlı arvad" adlı filmi finala vəsiqə qazanan 30 film arasında yer alıb. Bu gün Tbilisidəki "Amirani" kinoteatrında baş tutan finalda isə film birinci yerə layiq görülüb. Qısametrajlı film Gürcüstan İctimai İşlər İnstitutunun (GİPA) etnik azlıqlar

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının Brüsselə səfəri başlayıb. İcma səfər çərçivəsində bir sıra görüşlər keçirməyi planlaşdırıb. Dalidag.az xəbər verir ki, qurum rəsmisi Əhməd Mahmudov bildirib ki, icma üzvləri bu gün bir sıra görüşlər keçirəcək, Azərbaycan həqiqətləri barədə bir sıra məlumatlar veriləcək: "Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının Brüsselə səfəri başlayıb. Burda keçirəcəyimiz görüşlərin Los-Anceles və Ankaradakı uğurlarmızın davamı olacağına əminəm. Erməni

Milli Məclisin üzvü Cavid Qurbanov Kəlbəcər rayonundan olan fiziki məhdudiyyətli istedadlı insanlarla görüşüb. Dalidag.az xəbər verir ki, görüşdə 10-a yaxın şəxs iştirak edib. Millət vəkili xüsusi diqqətə ehtiyacı olan şəxslərin sosial qayğıları ilə maraqlanıb. Görüş iştirakçılarını narahat edən məsələlərlə bağlı qeydlər aparılıb. Həmin çətinliklərin qısa müddətdə aradan qaldırılacağı bildirilib. Görüşdə ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan

İsraildə "Near Nazareth Festival" (NNF) beynəlxalq film festivalının yeddinci mövsümü azərbaycanlı rejissorların filmlərinin nümayişi ilə açıldı. Dalidag.az bildirir ki, ənənəyə görə, NNF film festivalı İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (Azİz) ilə birlikdə keçirilir. Festivalın direktoru Lilia Bermanın sözlərinə görə, bu, azərbaycanlı rejissorların fəal iştirakı və İsrail tamaşaçılarının azərbaycanlı rejissorlarının işlərinə olan böyük maraqı ilə bağlıdır. "Near Nazareth Festival"
Yazı axını