"...Uzun oldu bu qafaya fikirlərin ən qısası. Yazdığın beş - altı şeir sözlərin abort masası..." Dalidag.az Mahir Mehdinin şeirlərini təqdim edir: Noyabrlı dərs Susduqlarımın açması qədim çin heroqlifi. Kəsilib dörd üzündən də, keçmədim bu sinifi. İrəli çəkildi geri, qıraq qopdu ortadan. Kağız bir eşq quşu uçdu ortaya dal partadan. Sözsüz oxuduq, qurtardı son dərsin son bölümü. Hər gün yaşayıb, özümə öyrəşdirdim ölümü. Çölü birləşdirib içə, iki ömrü bir sürdüm. Əzbərləyib yerişini, səni zildən

Azərbaycan Yazıçılar Birliyində (AYB) növbəti qurultayın keçirilməsi gözlənilir. Qurultayda AYB-nin yeni sədrinin kimliyi müəyyən olunacaq. Qurumun hazırkı sədri, Xalq yazıçısı Anar Rzayevin də öz namizədliyini irəli sürəcəyi ehtimal olunur. AYB-nin XIII qurultayı ərəfəsində sədrliyə namizədlərin sayı isə durmadan artır. Həmin namizədlərdən biri şair-publisist Tural Turandır. “AYB-nin nizamnaməsində göstərilir ki, 25 yaşından yuxarı olan şəxslər təşkilata rəhbərlik edə bilər. Deyirlər ki Anar

Bu gün Azərbaycan Texniki Universitetində Təhsil Nazirliyi yanında İctimai Şuranın 2019-2020-ci illər üzrə Fəaliyyət Planının təqdimatına həsr olunmuş mətbuat konfransı keçirilib. Dalidag.az xəbər verir ki, tədbirdə İctimai Şuranın rəhbərliyi, üzvləri, təhsil ekspertləri və KİV nümayəndələri iştirak ediblər. Şuranın sədri, professor Şahlar Əsgərov təhsilin cəmiyyətə təsirindən və inkişaf yolunda bu amilin mühüm rolundan danışıb. Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi önəm

Adolf Hitler dünyadan necə köçüb? Zəhər qəbul edib? Gicgahına güllə sıxıb? Yoxsa qocalıb əldən düşərək yorğan-döşəkdə dünyasını dəyişib? Bu suallara artıq 60 ildir ki, dünyanın bir çox alimləri tərəfindən cavab axtarılır. Bu, əbəs yerə deyil. Çünki Berlinin ələ keçirilməsi anından etibarən Hitlerin uğurlu qaçışı barədə danışılır. Bu versiya dəfələrlə rədd edilsə də, bir müddət sonra yenidən gündəmi zəbt edir. Anlaşılmaz başlanğıc 1945-ci il aprel ayının 30-da Moskvaya Hitlerin ölümü ilə bağlı

Dəlixana ancaq dəlilər üçün nəzərdə tutulmayıb. Dəlixananın yolundan dahi yazıçılar, filosoflar, şairlər də keçməli olub. Fridrix Nitsşe İddialara inansaq F. Nitsşe 1889-cu ildə ağlını itirəndə dostlarına qısa və cəfəng məktublar göndərib. Sahibi tərəfindən qırmanclanan bir atın boyuna sarılıb ağlamaya başlayıb, sonra da huşunu itirib. Dəliliyin şagirdlik illərində yoluxduğu sifilis mikrobunun nəticəsi olduğu təxmin edilib. Dostlarının xəstəxanaya yerləşdirdiyi Nitsşe həkimlər və tarixçilər

Azərbaycan dilinin yeni Orfoqrafiya lüğətinin bu ilin sonuna kimi işıq üzü görməsi nəzərdə tutulur. Dalidag.az bildirir ki, bunu trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib. Onun sözlərinə görə, lüğət AMEA-nın Rəyasət Heyəti tərəfindən nəşr olunmaq üçün "Elm" nəşriyyatına təqdim edilib. M.Nağısoylu yeni Orfoqrafiya lüğətinin son versiyasına 2013-cü ildən sonra - son 6 il ərzində dilimizə daxil olan və
Yazı axını