Şabrandakı Xaqani Poeziya Evində el arasında savab işləri ilə tanınmış ağsaqqal, şair – qəzəlxan, din xadimi, Hacı Qulamhüseyn Məmmədhüseyn oğlu Məmmədovun anadan olmasının 70 illiyi ilə əlaqədar yaradıcılıq gecəsi keçirilib. Qulamhüseyn Məmmədov Dəvəçi şəhər Tofiq Abbasov adına orta məktəbdə orta təhsilini başa vurduqdan sonra Bakı Neft Texnikumunda oxumağa başlayıb. Neft Texnikumunu bitirib Neft Sənayesinin müxtəlif sahələrində işləyə - işləyə Neft Akademiyasında ali təhsil alıb. Neft

P sixatriya xəstəxanasında iki nəfər bir-biri ilə söhbət edirdi. Biri o birisindən soruşdu: “Nə üçün buradasınız?” Həmin adam üzünü sual soruşana tərəf tutub cavab verdi:”Hər kəsin məndən olmaq istədiyi insan ola bilmədiyim üçün.” “Anlamadım, nə demək istəyirsən?” “Atam mənimlə fəxr etmək üçün çox yaxşı şagird olmağımı istəyirdi, amma mən yaxşı qiymətlər almadığım üçün mənim kimi övladı olduğu üçün utanırdı. Mənim orta səviyyəli bir şagird olmağımı qəbul etmədiyi üçün məni tənbəllikdə ittiham

U fa quberniyasında İlyas adlı bir başqırd yaşayırdı. Onu evləndirəndən bir il sonra atası vəfat elədi. O vaxt mal-heyvandan İlyasın 7 madyanı, 2 inəyi və 20 qoyunu var idi. Bir mülk sahibi kimi İlyas sərvət toplamağa girişdi: sabahdan axşama qədər arvadıyla min bir zəhmətə qatlaşdı, hər kəsdən erkən oyanıb, hamıdan sonra yatağa girdiyi üçün ildən-ilə zənginləşdi. Düz 35 il əziyyət çəkən İlyas, ən nəhayət, böyük var-dövlət qazandı. Atlarının sayı 200-ə, iri buynuzlu heyvanlarının sayı 150-yə,

"Bu gün Azərbaycanda hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlər var". Dalidag.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı məcburi köçkünlərə yardımların göstərilməsi ilə bağlı keçirilən dəyirmi masada deyib. Onun sözlərinə görə, Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycanda bu gün qaçqın və məcburi köçkünlərin sayı kifayət qədərdir: "Təəssüf ki, Ermənistanın

“20 Yanvar”, “Qarabağ Qaziləri” ictimai birlikləri, Qarabağ Əlilləri, Şəhid Ailələri və Veteranları Birliyi, Asif Məhərrəmov adına İnkişaf Fondu, Vətən Müharibəsi Veteranları Birliyi, Tərxis Olunmuş Hərbiçilər İctimai Birliyi, Çernobıl Əlillər İttifaqı birgə bəyanat yayıb. Dalidag.az xəbər verir ki, kütləvi informasiya vasitələrinə ünvanlanmış sənədin mətnində deyilir: “Bakı Slavyan Universiteti Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi ilə birlikdə 1990-cı ilin 20 yanvar hadisələrinin

Quba rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb. Dalidag.az-ın verdiyi məlumata görə, Qırız və Xınalıq kəndlərində qarın hündürlüyü 1-2 santimetrdir. Qarın yağması ilə dağlıq ərazilərdə temperatur aşağı düşüb.

Volf Messinq bütün dünyada şüurlara təsir edən və onları istədiyi kimi idarə edə bilən bir insan kimi məşhurdur. Müharibə zamanı Messinq həbsxanaya düşür və əgər bu qeyri-adi qabiliyyətə sahib olmasaydı hər şey onun üçün pis nəticələnəcəkdi. Lakin o həbsxana gözətçilərinin birbaşa olaraq şüurlarına təsir edir və təlqinlə qapını onlara açdıraraq onları içəri salır. Qaldığı hücrənin qapısını isə arxadan bağlayaraq azad olur.Volf Messinqə öz imkanlarını inkişaf etdirməyə kömək edən şəxs berlinli

Dalidag.az İlqar Fəhminin hekayəsini təqdim edir: SƏNDƏN NİGARANAM B iz bu kafeni alanda Əbdül kişini də üstündə hədiyyə kimi verdilər. Havayı. Kafenin köhnə sahibi yüz qırx min manatı sayıb çantasına yığandan sonra elə bu cür də dedi: — Əbdül kişini də havayı bağışlayıram sizə. Amma bir şərtlə ki, işdən çıxartmayasız. Ev-eşiyi yoxdu, burda yaşayır. Niyə çıxartmalıydıq ki? Onsuz da ağaclara qulluq edən adam tapmalıydım. Hazır var da. Şəxsən mənim alverdən başım çıxmır. Tələbə adamam, ömrü boyu
Yazı axını