Erməni blogerlərdən biri Azərbaycanın işğal altındakı Kəlbəcər rayonuna növbəti səfəri haqda yazıb. Dalidag.az xəbər verir ki, Rusiya mediasında yer alan məlumata görə, materialda əsasən Kəlbəcər dağlarının füsunkar mənzərələrindən, adi bulaqlarından, mineral və qeyzer sularından, eləcə də bu yerin torpağının, daşının qızılla, digər qiymətli metallarla zənginliyindən bəhs edilir. “Bu işdə anlayışı olan bir dostum deyir ki, Kəlbəcər dağlarından axan çayların sahilindəki qumu adi bir ləyəndə

G ünlərin bir günü biz ayrılmaz dostlar bağda oturub səssiz-səmirsiz, hərə öz fikrində, zoğal mürəbbəsi ilə çay içirdik. Nə oldu, nə olmadı, niyəsini, nə üçününü biz bilmədik, elə sakit-sakit oturduğu yerdəcə Rüstəm kişinin gözləri qıyıldı, xəyalı uzaqlara uçmuş şəkildə, ahəstə və bir az da sirli səslə bizdən soruşdu: — Möcüzə istəyirsiz, sizə bir möcüzəli əhvalat danışım?! Sonra da bizim cavabımızı gözləmədən Rüstəm kişi bu əhvalatı danışmağa başladı. Günlərin bir günü qonşu kəndlərin birində,

Uzun illərdi Ermənistanın işğal altında saxladığı Kəlbəcər rayonundan olan bir qrup ziyalı doğma yurdun düşmən tapdağından azad edilməsi niyyəti ilə “Kəlbəcər Yolu” İctimai Birliyini təsis ediblər. Qurumun yaradılmasında əsas məqsəd yurd-yuvasından didərgin düşmüş soydaşlarımızı öz ətrafında birləşdirməklə zəbt olunmuş torpaqların, o cümlədən Kəlbəcərin işğaldan tezliklə azad edilməsi uğrunda mübarizə aparmaqdı. Birlikdən Dalidag.az-a verilən məlumata görə, 30 ilə yaxındır işğal olunan

C ığırın qırağındakı, üstünə işıq düşəndə gümüşdən tökülmüş kimi görünən bu hamar daş, vaxtilə dağların başından axıb çağlaya-çağlaya bu yerlərdən keçən böyük bir çaydan yadigar qalmışdı. Havalar yaxşı keçəndə, yağış, duman olmayanda, oğlan hər gecə meşəyə gəlir, bu daşın üstündə oturub papiros yandırır, düşünür, meşənin hənirtisinə qulaq asır. Ona elə gəlir ki, göydən otların, yarpaqların üstünə görünməz damlalar düşür, palçalanıb cingildəyir. Bu cingilti ona yuxuda eşitdiyi musiqini andırır.

B u әyyamda bizdә hәr bir şey aziatski vә yevropeyski olduğuna görә, arvadlarımız da hәmçinin aziatski vә yevropeyskidir. Aziatski, yәni, oxumamış arvad almaq çox asan şeydir vә nәticәsi dә qorxulu deyildir. O iş, at almaq kimi bir şeydir. Mәsәlәn, sәn istәyirsәn bir at alasan, pulun da var. Gәlirsәn dәllal yanına, o sәnin üçün bir at alır. Sәn dә o atı gәtirib töylәdә bağlayırsan. Bәs oxumamış arvad almaq da buna bәnzәr bir şeydir. Mәsәlәn, sәn arvad almaq istәyirsәn. Anana, ya bacına deyirsәn

"İçimdə bir zindan ağırlığı var, gecənin sən – yoxluq tənhalığında..." Dalidag.az Rafail Tağızadənin şeirlərini təqdim edir: DƏRDLƏRİN ƏN BÖYÜYÜ Bu zalım günahı dağ da götürməz, zaman da içində əridə bilməz. Gecələr üstünə qaçdığım dəniz bu dərdi qoynunda kiridə bilməz. Bu dərd od püskürür, alov püskürür, bu dərd diri-diri adam yandırır. Bu dərd ağıllının ağlını alır, bu dərd əl-qoluyla dəli qandırır. Bu dərdin canında ölüm var, qəsd var, aparıb qayadan atacaq məni. Ya da ki, dərədə asılı qalan

Oktyabrın 30-da Heydər Əliyev Fondunun dəstəyi ilə Moskvadakı M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Atriumunda dahi Azərbaycan şairi və mütəfəkkiri İmaməddin Nəsiminin heykəli açılıb. Dalidag.az- ın məlumatına görə Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində ucaldılan abidənin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Rusiyanın Mədəniyyət nazirinin müavini Pavel Stepanov, Azərbaycanın

Könlümün sevgili məhbubu mənim, Vətənimdir, vətənimdir, vətənim. Məni xəlq eyləmiş əvvəlcə Xuda, Sonra vermiş vətənim nəşvü nüma. Vətənim verdi mənə nanu-nəmək, Vətəni məncə unutmaq nə demək?! Bu məşhur misraların müəllifinin kim olduğunu yəqin ki, çoxlarınız bilirsiniz. “Vətənimdir” adlı bu şeir təxminən yüz il əvvəl Abbas Səhhət tərəfindən yazılıb. Abbas Əliabbas oğlu Mehdizadə (Abbas Səhhət) 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya göz açmışdı. 1900-cü ildə Tehran Universitetinin tibb

Nizami Kino Mərkəzində Azərbaycanın və SSRİ-nin Xalq artisti, rejissor Əjdər İbrahimovun 100 illik yubileyi qeyd edilib. Dalidag.az -ın məlumatına görə, yubiley mərasimi rejissor Nizami Abbasın “Narahat adam” sənədli filminin nümayişi ilə başlayıb. Sonra Ə.İbrahimovun həyat və fəaliyyətini əks etdirən foto-slayd nümayiş olunub. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev tədbirdə çıxış edərək Əjdər İbrahimovun fəaliyyətinin çox zəngin

Kəlbəcərin ərazisində yerləşən dağlar orogenez (dağ əmələgəlmə prosesləri) və həmçinin vulkan püskürmələri nəticəsində əmələ gəlmişdir. Dağlar dəniz səviyyəsindən 2000-3700 m hündürlükdə yerləşir. Rayonun ərazisinin 70-80 %-ni hündür dağlar təşkil edir. Kəlbəcərin qərb hissəsində: Keyti dağı, Ağduzdağ dağı, Qazanuçan dağı, Dəlihəsən dağı, Şişdağ dağ, Qaraqaya dağı, Qonur dağ, Pişikli dağı, Məsim qalası dağı, Keçibeliningəzi dağı , Qumlu dağ , Qılışlı dağı . Dəlidağ ətrafında: Dəlidağ, Ağqaya
Yazı axını